ABŞ Suriyada Türkiyə hərbi karvanına edilən hücumu qınayıb

2019/08/0x0-y-1566282655.jpg
Oxunub: 643     16:05     20 Avqust 2019    
ABŞ Dövlət Departamenti Suriyada Türkiyəyə məxsus hərbi karvanının atəşə tutulmasını qınayıb və Bəşər Əsədi və müttəfiqlərini atəşkəsə riayət etməyə çağırıb.

Ordu.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, zorakılığa yol verib mülki əhalini incitmək, ifrastrukturu dağıtmaq cinayətdir.

“Bəşər Əsəd rejimi və müttəfiqləri indi İdlibdə atəşkəs rejiminə riayət etməlidi. Bu gün (bazar ertəsi-red.) Türkiyəyə məxsus hərbi karvan ehtiyatsızlıq üzündən atəşə tutulub. Atəşkəsin pozulması nəticəsində humanitar missiyalı insanlar, mülki əhali əziyyət çəkir, ifrastruktur dağılır. Biz bu zorakılığı qınayırıq və atəşin dayandırılmasını istəyirik”, - deyə Ortequs bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-Dövlət-Departamenti   İdlib   Türkiyə   Cinayət   Atəşkəs  

ABŞ Suriyada Türkiyə hərbi karvanına edilən hücumu qınayıb

2019/08/0x0-y-1566282655.jpg
Oxunub: 644     16:05     20 Avqust 2019    