General Oqanovskiyə qarşı kim ifadə verib?| Yeni təfərrüatlar

2019/08/28127-1566208638.jpg
Oxunub: 505     14:46     19 Avqust 2019    
İrəvana gəldikdən sonra, axtarılan şəxsin Xüsusi İstintaq Komitəsində necə peyda olduğu, yalnız ona, Xüsusi İstintaq Komitəsinə və onun İrəvana qayıtmasını təşkil edən şəxsə məlumdur.

Ordu.az xəbər verir ki, Ermənistanın “Pastinfo.am” nəşri BBC-nin rus xəbər xidmətinin 7 avqust sayında ortaya çıxan iddiaları ilə bağlı yeni məlumat yayıb.

Nəşrin məlumatına görə, general Samvel Karapetyana qarşı, Əsgəran sakini, cinayətkar keçmişi və axtarışda olan “aferist” ləqəbli Kamo Mnatsakanyan ifadə verib.

“Mnatsakanyan Samvel Babayanın tərəfdarlarından biridir. İrəvana gəldikdən sonra axtarılan şəxsin Xüsusi İstintaq Komitəsində necə peyda olduğu, yalnız ona, Xüsusi İstintaq Komitəsinə və onun İrəvana qayıtmasını təşkil edən şəxsə məlumdur. Lakin vurğulamalıyıq ki, dindirmə həqiqətən maraqlı şəraitdə, 2018-ci ilin 7 iyul tarixində baş tutub və 2 saat davam edib. Dindirmə Xüsusi İstintaq Komitəsinin müstəntiqi tərəfindən şahidə heç bir sual vermədən yazılıb. Bu şahidin əlavə dindirilməsi deyil, ilk dəfə dindirilmə olub və müstəntiq bioqrafik məlumatları belə dəqiqləşdirməyib və Karapetyanın əleyhinə ifadə verildikdən sonra belə qaranlıq heç bir sual yaranmayıb”, - deyə “Pastinfo.am” yazır.

Maraqlıdır ki, məqalədə hətta Mnatsakanyanın bütün dindirilməsindən sitat gətirilir: “1 və 2 mart 2018-ci ildə İrəvanda baş verən hadisələrlə bağlı aşağıdakıları bildirirəm: Özüm, yuxarıda göstərilən hadisələr zamanı İrəvanda deyildim, Qarabağda olmuşam. Baş verən hadisələrdən sonra bu hadisələrdə iştirak etmək üçün Qarabağdan İrəvana kimlərin getdiyi məni maraqlandırmağa başladı. “1 Mart” hadisələrindən sonra dərhal zənginləşən və hələ də çox yaxşı yaşayan adamlar oldu. Aparılan söhbətlərdən o hadisələrdə iştirak etmiş insanların adlarını eşitdim. Bu insanlar arasında Xocavənd rayonunun Çartar kəndindən olan mərhum dostum Rubikin oğlu, Kamo da vardı”.

Şahidin dediyinə görə, həmin müddətdə o, orduda müqavilə əsasında xidmət edən hərbçi olub və 2008-ci ilin mart hadisələrindən sonra ordudan çıxıb. Mnatsakanyan ifadəsində həm də öncədən Qarabağda Ermənistan Silahlı Qüvvələrinin formasının paylanıldığını, Oqanovskinin rəhbərliyi ilə 1500 əsgərin Qarabağdan İrəvana köçürüldüyünü bildirib. Avqustun 7-də BBC rus xəbər xidməti məqalə yayaraq, redaksiyanın əlində general-mayor Samvel Karapetyanın (Oqanovski) dindirmə protokolunun olması barədə məqalə dərc edib.

BBC-nin müxbiri iddia edirdi ki, istintaqa görə, Karapetyan, 1 mart 2008-ci il hadisələri zamanı “Marşal Bağramyan” prospektində yerləşən prezident iqamətgahının zirzəmisində yerləşdirilən 20 nəfərlik bir qrup təşkil edib. İstintaqın məlumatına görə, məhz bu qrup nümayişçilərə atəş açıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Oqanovski   1-mart  

General Oqanovskiyə qarşı kim ifadə verib?| Yeni təfərrüatlar

2019/08/28127-1566208638.jpg
Oxunub: 506     14:46     19 Avqust 2019    