"İraqın müdafiə gücünü inkişaf etdirmək İranın vəzifə borcudur" - Hatəmi

2019/08/C3CVB-1566207097.jpg
Oxunub: 524     15:14     19 Avqust 2019    
Tehranda səfərdə olan İraqın Daxili İşlər naziri Yasin Tahir Yasəri İranın Müdafiə Naziri general Əmir Hatəmi ilə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı Əmir Hatəmi iki ölkə arasındakı təhlükəsizlik əlaqələrində müxtəlif və eyni zamanda əhəmiyyətli mövzuların müzakirə edildiyini bildirib.

O, bu mövzuların qarşılıqlı davamlı müşavirələr tələb etdiyini qeyd edib. General Hatəmi İraq Daxili İşlər Nazirliyinin təhlükəsizlik təşkilatı sayıldığını və bu ölkənin də təbii olaraq bölgənin sabitliyi, təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

İranlı nazir, həmçinin İraqın müdafiə gücünü möhkəmləndirməyin İranın fundamental strategiyalarından biri olduğunu vurğulayıb. Yasəri də görüşdə İranın İraqa terror təşkilatları ilə mübarizəsində verdiyi dəstəklərindən ötəri təşəkkür edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   İraq  

"İraqın müdafiə gücünü inkişaf etdirmək İranın vəzifə borcudur" - Hatəmi

2019/08/C3CVB-1566207097.jpg
Oxunub: 525     15:14     19 Avqust 2019    