Hindistanlı rəsmi Pakistanla danışıqların şərtlərini açıqlayıb

2019/08/Syed--1566031057.jpg
Oxunub: 668     13:10     17 Avqust 2019    
“Hindistan Pakistanla Kəşmir məsələsi ilə bağlı danışıqlara yalnız İslamabadın terrorçulara dəstəyini dayandırmasından sonra başlayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra jurnalistlərə açıqlamasında Hindistanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Səid Akbaruddin deyib.

Onun sözlərinə görə, Hindistan terrorun olduğu yerdə heç vaxt danışıqlar masasına oturmayacaq.

“Danışıqlara başlamaq üçün terroru dayandırın. Yalnız bu halda danışıqlara gəlmək olar. Normal dövlətlər terrordan uğura çatmaq üçün istifadə etmirlər. Heç bir demokratiya terrorun olduğu yerdə danışıqlara razılıq verməyəcək”, - deyə Akbaruddin bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Pakistan   BMT  

Hindistanlı rəsmi Pakistanla danışıqların şərtlərini açıqlayıb

2019/08/Syed--1566031057.jpg
Oxunub: 669     13:10     17 Avqust 2019    