ABŞ məhkəməsi İranın "Grace 1" tankerinin saxlanılmasına dair order verib

2019/08/AP191-1566020154.jpg
Oxunub: 568     12:25     17 Avqust 2019    
ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Kolumbiya dairə məhkəməsi terrorçuluqla bağlı olduğu üçün tankerin, onun göyərtəsində olan bütün neft məhsulunun və 995 min dollar vəsaitin müsadirə olunmasına qərar verib. Məhkəmə burada ABŞ-ın “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, “bank fırıldaqçılığı haqqında” və “pulların yuyulması haqqında”, eləcə də “fəaliyyət üçün müsadirə haqqında” qanunlarının pozulduğunu əsas gətirib.

Qeyd olunur ki, tanker ABŞ-ın terror təşkilatı elan etdiyi İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) maraqları naminə İrandan Suriyaya neft daşıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   ABŞ  

ABŞ məhkəməsi İranın "Grace 1" tankerinin saxlanılmasına dair order verib

2019/08/AP191-1566020154.jpg
Oxunub: 569     12:25     17 Avqust 2019    