Tramp Hindistan və Pakistana çağırış edib

2019/08/5bf2e-1566019701.jpg
Oxunub: 538     11:42     17 Avqust 2019    
ABŞ Prezidenti Donald Tramp Pakistan Baş naziri İmran Xanla telefon danışığı zamanı Hindistan və Pakistanı Kəşmir ətrafında yaranan gərginliyi danışıqlar yolu ilə həll etməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tramp Cammu və Kəşmir ştatı ətrafında yaranan problem daxil olmaqla Hindistan və Pakistan arasında gərginliyin dilaoq vasitəsilə həllinin vacibliyini vurğulayıb.

Liderlər həmçinin ABŞ-Pakistan arasında ikitərəfli əlaqələri də müzakirə ediblər.

Xatırladaq ki, Hindistan Cammu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək onu Dehlinin birbaşa nəzarəti altına alıb. Bu, Pakistan və Hindistan arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Kəşmir   Cammu  

Tramp Hindistan və Pakistana çağırış edib

2019/08/5bf2e-1566019701.jpg
Oxunub: 539     11:42     17 Avqust 2019    