KXDR daha Cənubi Koreya ilə hər hansı danışıq aparmayacaq

2019/08/1414-1565943343.jpg
Oxunub: 576     12:53     16 Avqust 2019    
Koreya Xalq Demokratik Respublikası (KXDR) daha Cənubi Koreyayla hər hansı danışıqlar aparmaq niyyətində deyil.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Şimali Koreyanın Vətənin Sülhlə Birləşməsi üzrə Komitəsinin nümayəndəsi Cənubi Koreya prezidenti Mun Çje İnin Koreyanın azad olması Günü münasibəti ilə çıxışından sonra qarşı tərəfi tənqid edib və bildirib ki, rəsmi Pxenyan yenə Cənubi Koreya hökuməti ilə danışıqlar masasına əyləşmək niyyətində deyil.

KXDR nümayəndəsi iddia edib ki, Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında gələcək danışıqların hesabına balıq ovu əldə etmək istəyir.

“Onların belə mühakiməsiz arzulardan tez imtina etmələri daha yaxşı olardı. Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya hakimiyyəti ilə daha heç bir mövzuda danışmayacaq”, - deyə KXDR rəsmisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Koreya  

KXDR daha Cənubi Koreya ilə hər hansı danışıq aparmayacaq

2019/08/1414-1565943343.jpg
Oxunub: 577     12:53     16 Avqust 2019    