DSX-nin məhdud şəraitlərdə yüngül tırtıllı-amfibiya vasitəsi - "Transporter 1000" (HƏRBİ EKSPERT)

2019/08/0a299-1565937603.jpg
Oxunub: 481     10:36     16 Avqust 2019    
DSX-nin silahlanmasında yer alan "Transporter 1000", "Pelets" şirkətinin ən yaxşı amfibiya-ərazi vasitəsi olaraq sinifinin çoxməqsədli və universal üzvlərindən biri hesab edilir. Tırtıllı vasitə "Toyota" şirkətinin 56 at gücünə malik injektorlu mühərriki ilə təchiz edilir. Bataqlıq və digər çətin keçilən ərazilərdə hərəkət üçün nəzərdə tutulan nəqliyyat vasitəsində mövcud olan yük bölməsi fərdi sifarişlə qazma qurğusu, yanğınsöndürən, xərəklər və s. ilə də təchiz oluna bilər. Bütün bunlar "Transporter 1000" tırtıllı vasitələrini geoloqlar, neftçilər, qaz sənaye işçiləri və xilasedicilərin fəaliyyətləri üçün də populyarlaşdırır.

Bu universal tırtıllı ərazi vasitəsi ailəsində ən güclülərdən biridir. Əvvəlki modellərlə müqayisədə mühərrikin gücü demək olar ki, 2 dəfə artırılıb. Aydındır ki, mühərrik gücünün artması yanacağın daha çox istehlakına səbəb olub, hazırda bu rəqəm saatda 6 litrdir. Bu da öz növbəsində yanacaq çəninin həcminin artmasına gətirib çıxarıb. Buna görə "Pelets Transporter" 32 litr həcmli yanacaq çəni ilə təchiz edilir.

600 kiloqramlıq yükdaşıma qabiliyyəti, layihə müəlliflərindən daha irihəcmli bir vasitə yaratmağı tələb edirdi. Onun ölçüləri 2800x1650x1200 mm-ə çatdırılmalı idi. Ümumi ölçülərin artması təkcə korpusa təsir göstərmədi, yalnız tırtılın eni 30 mm artdı, yəni 380 mm oldu. Tırtıllı hərəkət hissəsi də 2350 mm-ə qədər uzadıldı. Lakin buna baxmayaraq, bu model sıfır dönmə radiusuna malikdir. Heç də hər bir ərazi nəqliyyat vasitəsi belə bir yük tutumu ilə yerində dönə bilmir.

Quruda və suda avadanlıqların maksimal sürəti müvafiq olaraq 45 və 6 km/saatdır. Bundan əlavə, suda sürət məlumatları qayıqlar üçün xarici asma mühərrikin olmadığı şərait üçün göstərilir. Onlar quraşdırılarsa, avadanlıq daha sürətlə hərəkət edə bilər. Başqa bir sual: yarım ton yükə və ya altı sərnişinə malik vasitənin bataqlıq və ya çaydan keçərkən daha yüksək sürətə ehtiyacı varmı?

"Pelets" texnikasının əsas üstünlüyü onun etibarlılığındadır. Əyləc və soyutma sisteminə gəldikdə, onlar dəyişməyib. Əvvəllər olduğu kimi, "Pelets" qar-bataqlıq maşınının fərdi və hüquqi şəxslər üçün satılması da mümkündür. Tırtıllı vasitədə hidravlik disk əyləclərindən istifadə olunur və soyutmada mayedən istifadə olunur. Bu ailənin maşınlarının texnologiyaları üçün ənənəvi olaraq 12 voltluq şəbəkə gərginliyindən istifadə edilir.

Yüksüz kütləsi 410 kq-dır. Normal ərazi maşınlarının gedə bilmədiyi ərazilərdə hərəkət edə bilən "Pelets Transporter", helikopter olmadan gedə bilməyəcəyiniz ucqar nöqtələrə belə Sizi rahatlıqla çatdıra bilər. Korpus çərçivəsinin və yan tərəflərin artan (müvafiq olaraq 500 və 200 mm aralığında) hündürlüyü tırtıllı maşının dayanıqlı hərəkətinə kömək edir. Bundan əlavə, tarazlığı qorumaq üçün şirkət bu modelin sürücü kreslosunu və güc qurğusunu maşının mərkəzində yerləşdirib.

Qiyməti əlavə avadanlıqlar olmadan 20000 dollar ətrafındadır.

Taktiki-Texniki Xüsusiyyətləri:

Mühərrikin gücü - 56 at gücü;
Yanacaq - benzin;
Mühərrikin tipi - 3 silindrli, cərgəli, 4 taktlı;
Mühərrikin qidalanması - "Bosch" injektoru;
Mühərrikin həcmi - 993 kub.sm;
Yanacaq sərfi - 6 l/saat;
Yanacaq çəninin tutumu - 32 l;
Transmissiya - 3 irəli, 1 geri pilləli sabit qapalı variator;
Korpusu - inteqrasiya edilən çərçivəli polad daşıyıcı;
Korpus ölçüləri - 2800 x 1650 x 1200 mm;
Tırtılın eni - 380 mm;
Tırtıl dayaqlarının eni - 1750 mm;
Quruda sürəti (maksimum) - 49 km/saat;
Suda sürəti (maksimum) - 6 km/saat;
Oturacaqlar - 2/6 (sifarişlə);
Yükdaşıma qabiliyyəti - 600 kq;
Bortda olan şəbəkə gərginliyi - 12 Volt;
Əyləclər - hidravlik disk;
Soyutma - maye sistemli;
Boş kütləsi - 790;
Dönmə radiusu – 0;
Klirens - 300 mm;
Asqı yaylıdır.

Əlavə avadanlıqlar:

Dartma qurğusu olmayan ön buferlər;
Dartma qurğusu olan ön buferlər (ən azı 1600 kq);
Alüminiumdan palçıq qoruyucuları olan arxa buferlər;
Qoşqu qurğusu (40x40 mm kvadrat);
Suda islanmayan çadır (qara, kamuflyaj);
Elektrik şüşətəmizləyənə malik ön şüşə;
Nərdivana malik sərt alüminium dam;
Sərt bir dam üçün yan çadır;
"Webasto" daxili avtonom qızdırıcı;
Şüşə havalandırması;
Korpusun fərqli bir rəngdə boyanması (ağ, boz, mavi, qırmızı, xaki);
Kompozit damın fərqli rəngləri (qara, yaşıl, xaki, mavi və s.);
Korpusun tam qalvanizasiyası (toz boya örtüyündən əvvəl);
Çıxarıla bilən arxaları (yumşaq) olan uzunsov sərnişin oturacaqlar;
Ön paneldə açarla bağlanan əl qutusu;
Sərnişin tərəfindəki elektrik girişi ;
Dartı qurğularının sabit idarəetmə paneli;
Daxili işıqlanma;
Damda LED fənərlər (2 ədəd);
Arxa LED fənərlər;
Dönmə işıqları;
Əyləc və arxa qabarit işıqları;
Fara axtarıcı (LED);
Dalğaya qarşı bıçağın genişliyini və hündürlüyünün tənzimlənməsi;
Dalğada dayanıqlığı artırmaq və suda daşıma qabiliyyətini artırmaq üçün silindrlər;
Texniki xidmət dəstləri (yağlar, filtrlər, şamlar);
Transmissiyanın "Ultimax" və PT1000 kəmərləri;
Avtomatik zəncir yağlama sistemi;
Damda sərt bərkidilən budaq əleyhinə çubuqlar (2 ədəd);
Sərt bitki örtüyü biçmək üçün qamış biçən;
Yanğınsöndürmə qurğusu ( UPTV 300 yanğın nasosu);
Səyyar qazma qurğusu (UBŞM 1-13);
Zərərçəkənlərin təxliyəsi üçün xərəklər;
Sərt damda pilotsuz uçuş aparatının quraşdırılması üçün platforma;
Təhlükəsizlik kəməri (2 ədəd);
Şişmə domkratı (3000 kq-a qədər);
Ehtiyat alətlər dəsti plastik qutuda yerləşdirilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Transporter-1000   DSX  

DSX-nin məhdud şəraitlərdə yüngül tırtıllı-amfibiya vasitəsi - "Transporter 1000" (HƏRBİ EKSPERT)

2019/08/0a299-1565937603.jpg
Oxunub: 484     10:36     16 Avqust 2019    