Ermənistan MN-in binası qarşısında aksiya: "Hərbi hissədə əsgərə işgəncə veriblər və o, fərarilik edib"

2019/08/34534-1565867248.jpg
Oxunub: 848     15:11     15 Avqust 2019    
Ermənistanda hərbi qulluqçuların valideynləri Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında əsgər valideynləri etiraz aksiyası keçirərək nazir Davit Tonoyanla görüş tələb edir.

Etiraz aksiyasına toplaşanlardan biri qeyd edir ki, onun yaxın qohumu olan əsgərlərdən birinin səhhətində problem var. Bundan başqa, hərbi hissəni tərk etmə həddinə çatdırılanadək, ona işgəncələr verilib.

“Əsgərin başına zərbələr endirilib və bu barədə faktları yalnız nazirə təqdim edəcəyik. İstəyirik ki, əsgərin niyə zərbələr aldığını, niyə onun həyəcan keçirdiyini və gözlərinin rənginin dəyişdiyini yoxlasınlar. Bizim tələbimiz, əsgərin müalicə olunması, onu bu vəziyyətə çatdıranın məsuliyyətə cəlb edilməsidir”, - deyə etirazçılar bildirib.

Ermənistan Müdafiə Nazirliyin mətbuat katibi Artsrun Hovhanisyan isə öz növbəsində qeyd edib ki, onların övladı müddətli xidmət hərbi qulluqçusudur və hərbi hissədə ən azı 2 nizam-intizam pozuntusu hadisəsinə yol verib. Bu addımlar cəzalandırılmalıdır (döyülmə yolu ilə?-red.).

“Davam edən cinayət işi var. Mən başa düşdüyüm qədər, onların istəyi ondan ibarətdir ki, səs-küy qaldırmaq hesabına hansısa məsələlərin qarşısını alsınlar. Cinayət işi açıq şəkildə bunu ortaya qoyacaq”, - deyə Hovhannisyan məsuliyyəti döyülmüş əsgərin üzərinə atmağa çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz   Döyülmə  

Ermənistan MN-in binası qarşısında aksiya: "Hərbi hissədə əsgərə işgəncə veriblər və o, fərarilik edib"

2019/08/34534-1565867248.jpg
Oxunub: 849     15:11     15 Avqust 2019    