Paşinyan “1 Mart” işinə görə polkovnikdən üzr istəməlidir

2019/08/805c1-1565854773.jpg
Oxunub: 172     11:40     15 Avqust 2019    
Bu günlərdə Ermənistanda “1 Mart” işi çərçivəsində qətl törətməkdə ittiham edilərək, həbs edilən Polis Qoşunlarının sabiq Qəraragah rəisi Qeğam Petrosyanın azad edildiyi məlum olub. Ondan qətimkan tədbiri olaraq yaşayış yerini tərk etməmə haqqında imza alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Petrosyan, Cinayət Məcəlləsinin 104-cü maddəsinin birinci hissəsi üzrə ittiham edilərək, Zakar Hovhannisyanı odlu silahla qəsdən həyatdan məhrum etdiyinə görə təqsirli bilinir.

Onun azadlığa buraxılması ilə Paşinyan hakimiyyətinin növbəti yalan və mifinin partlayışı baş verdi. Hakimiyyət orqanları hələ həftələr öncə ilkin araşdırma mərhələsində olan cinayət işi barədə elə əminliklə danışırdılar ki, guya onun günahının sübuta yetirildiyi, məhkəmə araşdırması mərhələsində ört-basdır edilməsinin mümkün olmayacağı, sübut və dəllilərinin olduğu təsəvvürü yaranırdı.

Ermənistan hakimiyyət nümayəndələrinin həmin dövrdə nə dediklərinə nəzər salaq. Məsələn, Nikol Paşinyan bəyan edib ki, kədərli anlar yaşayıb.

“Zakar Hovhannisyanın qətlini törəməkdə şübhəli bilinən şəxsin həbs edildiyi xəbərini aldıqdan sonra kədərli anlar yaşadım”, - deyə Paşinyan bildirib.

Paşinyan partiyasının deputatı Andranik Köçəryan isə Petrosyanın həbsindən sonra bəyan edib: “Qeğam Petrosyanın həbsi daha tutarlı sübutların əldə edilməsindən xəbər verir”.

Paşinyan hakimiyyətinə dəstək verən vəkil Seda Safaryan isə müxtəlif KİV nümayəndələrinə verdiyi müsahibəsində bəyan edib ki, polis polkovniki Petrosyan etirafedici ifadələrlə çıxış edib və bundan sonra hər şey aydındır.

Bütün hakim komanda əl altında olan mümkün vasitələrlə erməni cəmiyyətində belə fikir yayaraq guya Zakar Hovhannisyanın qətlinin üstünün açıldığı təsəvvürünü yaradırdılar. Yalnız Petrosyanın cəzasını müəyyən edəcək məhkəmə qərarının qaldığına inandırırdılar.

Bu gün artıq aydındır ki, Paşinyanın tabeliyində olan Xüsusi İstintaq Komitəsi kifayət qədər sübutlar toplaya bilməyib. Buna görə də, müstəntiq Petrosyanın həbs müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etməyib. Əlbəttə, bu hələ tam bəraət demək deyil. Lakin bu, Paşinyan hakimiyyətinin növbəti dəfə ictimaiyyəti manipulyasiya etdiyinə və əsassız olaraq Petrosyana qatil damğası vurduğuna sübutdur. Mənəvi qanunlar tələb edir ki, Petrosyanı ittiham edən xadimlər, başda Paşinyan olmaqla ictimai şəkildə ondan üzr istəməlidir. Axı, Paşinyan hakimiyyətinin yaydığı dezinformasiya səbəbindən erməni cəmiyyətinin müxtəlif təbəqələri tərəfindən hədəf alına biləcək uşaqları və nəvələri var.

Alpər Mövludoğu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   1-Mart  

Paşinyan “1 Mart” işinə görə polkovnikdən üzr istəməlidir

2019/08/805c1-1565854773.jpg
Oxunub: 175     11:40     15 Avqust 2019    