Ordu.az xəbər verir ki, bu barədə şəhər polisi “Twitter” səhifəsində məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açılıb.
“Filadelfiya polisinin bir neçə əməkdaşı xəsarət alıb”, - deyə məlumatda bildirilir.
İnsident zamanı 6 polis əməkdaşı yaralanıb. Onlardan biri başından güllə yarası alıb, onun vəziyyətinin ağır olduğu deyilir. Daha iki polis əməkdaşı isə hadisə yerinə tələsərkən qəza törədərək xəsarət alıb.İnsident zamanı bir nəfər saxlanılıb, daha bir nəfər isə binada gizlənərək polislərə müqavimət göstərib.
Hadisə yerinə xüsusi təyinatlı qrup cəlb olunub.
Sevinc Əliyeva
Ordu.az