Yaponiyada II Dünya müharibəsi zamanı həlak olanların xatirə mərasimləri keçirilir

2019/08/15658-1565849224.jpg
Oxunub: 468     10:13     15 Avqust 2019    
Avqustun 15-də Yaponiyada II Dünya müharibəsinin başa çatmasının 74-cü ildönümü ilə əlaqədar xatirə mərasimləri keçirilir. Həmin gün ölkənin bütün sakinləri sülh üçün dua edirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tokioda hökumət tərəfindən təşkil edilən xatirə mərasimində müharibə zamanı həlak olan 3 milyon 100 yaponun xatirəsi anılıb.

Mərasimdə həlak olanların ailə üzvləri də daxil olmaqla 6 min nəfər iştirak edib. Tədbirə Yaponiyanın İmperatoru Naruhito və İmperatriçə Masako da qatılıblar.

Yaponiyanın Baş naziri Şinzo Abe mərasimdə çıxış edərək bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyətlə gücünü birləşdirərək dünyanın qarşılaşdığı problemlərin həllinə çalışacaq.

Sonra müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən İmperator Naruhito deyib: “Xalqımızın keçdiyi çətinliklərlə dolu yollar barədə düşünərkən mən dərin hisslərə qatılıram. Keçmiş haqqında düşünərkən səmimi şəkildə ümid edirəm ki, müharibənin gətirdiyi bədbəxtliklər bir daha təkrarlanmayacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   II-Dünya-müharibəsi  

Yaponiyada II Dünya müharibəsi zamanı həlak olanların xatirə mərasimləri keçirilir

2019/08/15658-1565849224.jpg
Oxunub: 469     10:13     15 Avqust 2019    