Patruşevin səfərində Ermənistan nəyə toxunub?| İrəvan Türkiyəyə görə narahatlıq keçirir

2019/08/Untit-1565785354.jpg
Oxunub: 607     17:43     15 Avqust 2019    
Türkiyə, Rusiya istehsalı Su-35 çoxfunksiyalı qırıcıların əldə edilməsi imkanlarını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, erməni KİV-ləri Türkiyə mətbuatında yer alan bu məlumatdan olduqca böyük təşviş hissi keçirib və müxtəlif xarakterli məqalələr tirajlayıb.

Erməni KİV-ləri bildirir ki, Türkiyəyə bu qırıcıların tədarük edilməsinə hazır olduqları barədə daha öncə Rusiya hərbi sənaye kompleksinin yüksək vəzifəli rəsmisi də bəyan edib.

“Bu təyyarələrin əldə edilməsi, guya sanksiya tədbiri olaraq, ABŞ-ın Ankaranı F-35 qırıcıları ilə təmin edilməsini dayandırması ilə əlaqələndirilir. Vaşinqtonun bu qərarı isə müxtəlif xəbərdarlıqlara əhəmiyyət verməyərək, Ankaranın rus istehsalı olan S-400 HHM sistemlərini əldə etməsi ilə bağlıdır. Rusiya və Türkiyə arasında yeni təyyarə anlaşmasının isə nə qədər ət və qan hesabına başa gələcəyi hələlik məlum deyil, lakin bu anlaşma Ermənistan üçün HHM sistemi anlaşması ilə müqayisədə daha çox narahat olmağa əsas verir. HHM sistemi müdafiə təyinatlı silah növü olsa da, Su-35 təyyarələri yeni nəsil Rusiya istehsalı olan çoxfunksiyalı hücum qırıcılarıdır”, - deyə erməni KİV-ləri yazır.

Məsələ burasındadır ki, Ermənistan özünün yeni müdafiə strategiyasında hücuma keçid mərhələsi elan edib, bu isə özündə hava üstünlüyü məsələlərini də əhatə edir. Bu problemi həll etmək üçün İrəvan Moskvadan Su-30 çoxfunksiyalı qırıcılarını əldə edir. Bu qırıcıların ilk heyətinin 2020-ci ilin yanvar ayında tədarük edilməsi gözlənilir. Ermənistan-Rusiya ehtimal edilən anlaşması ilə bağlı rus ekspertlər dairəsi ilkin mərhələdə müəyyən fərqli fikirlər yaymağa başlayıb. Ekspertlər qeyd edirdi ki, Moskva bu təyyarələri İrəvana satdıqdan sonra Bakıya Su-35 tipli qırıcılar satacaq.

“Vaxtilə Bakıya da təyyarələrin tədarük edilməsinə hazır olduqları haqqında Rusiya hərbi sənaye kompleksinin təmsilçiləri bəyan edib. Əlbəttə bunun peşə hazırlığı başqa bir şeydir, məsələnin siyasi qərar aspekti isə tam başqadır. Hərbi sənaye sahəsinin təmsilçiləri satmağa hazır ola bilərlər, lakin bunun icra edilib- edilməməsinə siyasi rəhbərlik qərar verir.

Rusiya Federasiyasının siyasi rəhbərliyi aprel döyüşlərindən və Ermənistandakı inqilabdan sonra müəyyən məqamlarda Bakıya bu tip strateji təyinatlı silahların satılması məsələsində məhdudiyyətlərə üstünlük verir. İrəvan, inqilabdan sonra mümkün və ya ehtimal olunan hər hansı müharibənin siyasi məsuliyyətini Rusiyanın üzərinə qoyub. Burada problemlər həqiqətən ciddidir. Eyni zamanda narahatlıq məqamları da ciddiləşir və İrəvan qarşısında müəyyən reallıqları nəzərə alaraq məhdudiyyətlə davranmağa çalışan Rusiya Bakını Türkiyə vasitəsilə silahlandıra bilər. Bu məsələ İrəvan üçün ciddi siyasi mövzu olmalıdır. İrəvan, Bakının birbaşa maraqları, bundan əlavə tədarükünün istisna edilməsi hallarına qarşı qabaqlayıcı addımlar atmağa hazır olmalıdır. Bu halda, hətta Rusiya özü Bakı ilə razılaşdırılmış hərbi texniki ticarət versiyasının Türkiyə seçimini nəzərdən keçirməsə də, yenə də gələcəkdə bu kimi ticarətə məruz qalmamaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Rusiyanın Ankaradan silahların üçüncü ölkəyə verilməyəcəyinə dair zəmanət almasına nail olmalıdır. Bu parktikada mövcud olan haldır və Rusiya tərəfi bunu İrəvanla münasibətdə tətbiq edib. Buna görə də eyni şeyi Türkiyə ilə hərbi ticarət sahəsində də tətbiq etməklə, Su-35 təyyarələrinin satışı məsələsinə toxunularkən vurğulamalıdır”, - deyə erməni KİV-ləri məsələ ilə bağlı təşvişlərini gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə-Azərbaycan   Su-35  

Patruşevin səfərində Ermənistan nəyə toxunub?| İrəvan Türkiyəyə görə narahatlıq keçirir

2019/08/Untit-1565785354.jpg
Oxunub: 610     17:43     15 Avqust 2019    