Ermənistanda aprel döyüşləri iştirakçısının xaricdə müalicə olunması haqqında müraciəti rədd ediblər

2019/08/855c9-1565780836.jpg
Oxunub: 406     17:06     15 Avqust 2019    
“Keçən il qəlpə hələ 1 sm onurğa beynindən uzaq olarkən, həkimlər müdaxilə etməkdən çəkinərək, İsveçrəyə getməyimi məsləhət gördülər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri aprel döyüşləri iştirakçısı Hayk Sexilyan deyib.

Onun sözlərinə görə, artıq 2 aydır bu məsələ ilə Paşinyanın müşaviri məşğul olsa da, ortaya bir iş qoyulmayıb.

“Səhiyyə Nazirliyi xaricdə müalicə olunmağımın rədd edilməsini, Almaniyadan daxil olan cavab məktubunda, mənim 100% addımlaya biləcəyimə zəmanət verilməməsi ilə əsaslandırır. Nazirliyin bu cür səbəb göstərməsini əsassız hesab edirəm. İstənilən həkim yanına gedək, adi angina əməliyyatına zərurət olduğunu deyək, kim 100%-lik zəmanət verəcək. Tibb dünyasında, istisnasız olaraq, yüzdə-yüz mütləq zəmanət deyə bir şey yoxdur və onlar da, bunu istəyirlər. Problemlə bağlı mətbuatda məsələ qaldırıldıqdan sonra Baş nazirin müşaviri zəng edib. Son 1 ay yarım ərzində məsələ ilə məşğul olub, sənədlərin bu və ya digər mərhələdə olması barədə məlumatlandırıblar”, - deyə Sexilyan bildirib.

O qeyd edib ki, dostları tərəfindən açılmış hesabda hazırda 8619 ABŞ dolları vəsait toplanıb, cərrahiyyə əməliyyatının dəyəri isə 35 000 avrodur.

“Keçən il qəlpə hələ 1 sm onurğa beynindən uzaq olarkən, həkimlər müdaxilə etməkdən çəkinərək, İsveçrəyə getməyimi məsləhət gördülər. Hətta yaralandıqdan sonra əmək fəaliyyəti ilə məşğul olmuşam, mənzil kirayəsi və ailəmin ehtiyaclarını ödəməyə çalışmışam”, - deyə erməni hərbi qulluqçu şikayətlənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstəlik  

Ermənistanda aprel döyüşləri iştirakçısının xaricdə müalicə olunması haqqında müraciəti rədd ediblər

2019/08/855c9-1565780836.jpg
Oxunub: 409     17:06     15 Avqust 2019    