Ermənistan MN xəstə hərbi qulluqçularını müalicə etdirməkdən boyun qaçırır

2019/02/41565-1551258458.jpg
Oxunub: 429     10:22     16 Avqust 2019    
“Dirkapah” aprel döyüşləri iştirakçılarının birliyi keçmiş müqaviləli erməni hərbi qulluqçu Davit Hakobyana kömək edilməsi tələbi ilə Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri birliyin sədri Manuel Manukyan etiraz aksiyası haqqında danışarkən deyib.

“Davit 9 il əvvəl mədə iltihabı keçirib. Onu cərrahiyyə əməliyyatı ediblər və həmin vaxtdan sol tərəfi, əli və ayağı yaxşı işləmir. Buna görə heç kim məsuliyyətə cəlb edilməyib. Son zamanlarda da daha iki orqanını əməliyyat yolu ilə çıxarıblar. O, bundan xəbərdar olmayıb. Davit 1 ay əvvəl Müdafiə Nazirliyinin binası qarşısında 3 günlük aclıq aksiyası keçirib. Biz təkrar gedib məsələni qaldırdıq. Nazirlikdən ona vəd verilib ki, xaricə müalicəyə göndərəcəklər. Lakin 1 ay keçdikdən sonra aldatdıqları məlum olub. Bu laqeydlik bizi məcbur edib ki, sabah gedib, nazirlə şəxsən danışaq və qeyd edək ki, keçmiş nazirlər də məlumatlı olsa da, bu, məsələ həll edilməyib”, - deyə Manukyan bildirib.

O qeyd edib ki, Armirdən olan sabiq müqaviləli hərbi qulluqçunun valideynləri də xəstədir. Ailə təminatsız vəziyyətdədir. Həkimlər isə ona səhhətinin getdikcə ağırlaşacağını deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Xəstə-əsgərlər  

Ermənistan MN xəstə hərbi qulluqçularını müalicə etdirməkdən boyun qaçırır

2019/02/41565-1551258458.jpg
Oxunub: 430     10:22     16 Avqust 2019    