Patruşev İrəvanda 3-cü ölkəyə silah satışını müzakirə edib

2019/08/456-1565769964.jpg
Oxunub: 527     12:03     14 Avqust 2019    
Dünən Ermənistran Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevi qəbul edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi, regionda hərbi tarazlığın saxlanması və sabitliyin təmin olunması məsələsi, o cümlədən regional və beynəlxalq təhlükəsizliyin inkişafları ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan və Nikolay Patruşev arasında da görüş baş tutub. Görüş müddətində təhlükəsizlik sahəsinə aid olan bir neçə məsələ müzakirə olunub. Tərəflər Ermənistan və Rusiya arasında müttəfiq tərəfdaşlığı çərçivəsində həyata keçirilən hərbi-texniki və hərbi-iqtisadi əməkdaşlığın hazırkı gedişatı və 3-cü ölkəyə silah satışının tənzimlənməsi kimi məsələləri müzakirə ediblər.

Ermənistan və Rusiya Təhlükəsizlik Şuraları rəhbərlərinin görüşündən öncə Ermənistan Təhlükəsizlik Şurası və Rusiya Təhlükəsizlik Şurasının nümayəndələri arasında məsləhətləşmələr də aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Qarabağ   Silah-satışı  

Patruşev İrəvanda 3-cü ölkəyə silah satışını müzakirə edib

2019/08/456-1565769964.jpg
Oxunub: 528     12:03     14 Avqust 2019    