Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Telegram” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyekti vurmaq lazımdır.
“Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”, - deyə Jirinovski bildirib.
Sevinc Əliyeva
Ordu.az