ABŞ yay təlimləri öncəsi Baltikyanı ölkələrə F-35 eskadronunu yerləşdirir

2019/08/norwe-1565762335.jpg
Oxunub: 607     19:12     14 Avqust 2019    
“ABŞ Hərbi Hava Qüvvələri Avropakı təlimlər zamanı Baltikyanı ölkələrə ən son F-35 qırıcı təyyarələrini, eləcə də vahid hava hücumundan müdafiə məqsədilə raket kompleksələrini yerləşdirmək niyyətindədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı Jeffri Li Xariqyan deyib.

Onun sözlərinə görə, bu proses sürətli bir şəkildə həyata keçiriləcək və heç bir maneə ilə üzləşməyəcək.

“Avropada F-35 eskadronunun yerləşdirilməsində məqsəd müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq təlimlərdə beşinci nəsil platformasına inteqrasiya edə bilməkdir. Bu, ümumi təlim tapşırıqlarını birləşdirməyə imkan verir. Bununla müttəfiqlər son nəsil döyüş təyyarələrilə 4-cü nəsil platformaları arasındakı uyğunluğu artırmaq imkanlarını gücləndirəcək”, - deyə Li Xariqyan bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: F-35   ABŞ  

ABŞ yay təlimləri öncəsi Baltikyanı ölkələrə F-35 eskadronunu yerləşdirir

2019/08/norwe-1565762335.jpg
Oxunub: 608     19:12     14 Avqust 2019    