Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.

Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, S-75, S-125, S-200 zenit raket kompleksləri, Mi-8T döyüş-nəqliyyat helikopteri, Su-17 və MiQ-21 döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.
Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.
Ordu.az