ABŞ Asiyada yeni raketlər yerləşdirə bilər

2019/08/56020-1565760749.jpg
Oxunub: 178     13:15     14 Avqust 2019    
“Rəsmi Vaşinqton müttəfiqləri ilə Asiya-Sakit Okean bölgəsinə yeni raketlərin yerləşdirilməsi imkanlarını müzakirə edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Tompson deyib.

Onun sözlərinə görə, orta mənzilli raketlərin yerləşdirilməsi barədə qərar bölgə ölkələrinin liderləri tərəfindən veriləcək, çünki bu qərar dövlət başçılarının suveren hüququdur.

“Bu bölgə ilə bağlı hər hansı bir qərar müttəfiqlərimizlə məsləhətləşmələr çərçivəsində veriləcək. Bu, ABŞ-ın birtərəfli qərarı deyil”, - deyə Tompson bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Asiya   Sakit-Okean   ABŞ  

ABŞ Asiyada yeni raketlər yerləşdirə bilər

2019/08/56020-1565760749.jpg
Oxunub: 181     13:15     14 Avqust 2019    