Hovhannisyan fərari erməni əsgərlə bağlı suallardan yayınıb

2019/08/eb53d-1565697832.jpg
Oxunub: 624     09:13     14 Avqust 2019    
Xəbər verdiyimiz kimi, avqustun 12-də, saat 12:00 radələrində cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş, 2000-ci il təvəllüdlü, erməni hərbi qulluqçu Qazaryan Arayik Haykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Azərbaycan tərəfə keçən erməni hərbi qulluqçu barədə məlumat verən düşmən tərəfi, onun döyüş mövqeyini naməlum şəraitdə, lakin özbaşına tərk etdiyini etiraf edib.

“Azərbaycan KİV-lərinin yaydığı məlumata görə, erməni hərbi qulluqçu Qazaryan onların yanındadır. Hadisənin detallarını aydınlaşdırmaq üçün istintaq aparılır”, - deyə qanunsuz "hərbi birləşmə"nin yaydığı məlumatda qeyd edilir.

Daha sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hazırda Azərbaycanda Ermənistan vətəndaşının olduğunu bildirib.

“Azərbaycanda indiki məqamda erməni vətəndaşın olduğunu təsdiqləyirəm. Lakin onun kim olduğunu və digər məqamları müvafiq qurumlar açıqlayacaq”, - deyə Hovhannisyan vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyanat yayaraq, ilkin dindirilmə nəticəsində, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb kimi, xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətin olduğunu bildirdi.

"Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür. Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir", - deyə MN-in açıqlamasında qeyd olunub.

Erməni KİV-ləri Artsrun Hovhannisyandan bu açıqlamalara münasibət bildirməyi tələb edib. Lakin Hovhannisyan hər hansı şərh verməkdən yayınaraq əlavə edib ki, istintaq gedir və bütün sualların cavabları aparılan araşdırmadan sonra məlum olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik   Zorakılıq  

Hovhannisyan fərari erməni əsgərlə bağlı suallardan yayınıb

2019/08/eb53d-1565697832.jpg
Oxunub: 625     09:13     14 Avqust 2019    