Düşmən 30-40 km-ə qədər müşahidə dərinliyi ilə qürrələnir - Calavyana obyektivlik yaddır

2019/08/34534-1565690408.jpg
Oxunub: 1464     11:43     14 Avqust 2019    
"Rəqibin yerdəyişmələrini izləmək üçün mövqelərdə həm gündüz, həm də gecəgörmə cihazları mövcuddur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunmuş hərbi hissələrdən birinin (şimal istiqaməti-red.) komandiri, polkovnik Karen Calavyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Erməni polkovnik iddia edib ki, gündüz saatlarında, təxminən 30-40 km dərinlikdə yerləşən ərazilərimiz müşahidə edilir.

"Mövqelər arasındakı məsafənin cəbhə xəttinin bu hissəsində nisbətən çox olmasına baxmayaraq, müşahidə dərinliyi kiçikdir. Bu ərazidə mövqelərarası zona genişliyi 200-1300 metr arasında dəyişir", - deyə o qeyd edib.

Görünür, Calavyan 2016-cı ilin aprel ayının ilk günlərində başlayan hərbi əməliyyatlar nəticəsində Talış kəndinin ətrafındakı bir neçə yüksəkliyin qısa zamanda azad edilməsini xatırlamaq istəmir. Erməni jurnalistlərin diqqətinə çatdıraq ki, Talışətrafı yüksəkliklərin azad edilməsi birbaşa olaraq Ağdərə və Sərsəng su anbarı istiqamətində aparılacaq gələcək əməliyyatların önünü açıb. Bu baxımdan, düşünürük ki, bu istiqamətdə yerləşən bölmələrimizin müşahidə dərinliyi barədə Calavyan açıqlama vermək iqtidarında deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Düşmən 30-40 km-ə qədər müşahidə dərinliyi ilə qürrələnir - Calavyana obyektivlik yaddır

2019/08/34534-1565690408.jpg
Oxunub: 1465     11:43     14 Avqust 2019    