DSX-nin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq 10 - 11 avqust 2019-cu il tarıxlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq Kubok yarışı keçirilib.
Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 30 komandadan 250 idmançısı müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınayıblar.
Yarışın təntənəli açılış mərasimində çıxış edənlər müstəqil, müasir Azərbaycan dövlətinin banisi, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə qеyd еdib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən yerli və beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm yarışları keçirmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümünəsi olmasını xüsus olaraq vurğulayıblar.
Keçirilən yarışda “Sərhədçi” komandası 15 idmançısı ilə iştirak etmiş və gərgin mübarizə şəraitində keçən yarışda 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanaraq kuboka sahib olublar.
İdmançilarımızdan Mahir Məmmədov (48 kq), Camal Qasımov (55 kq), Zeyqəm Qurbanov (65 kq), Əli Əmirov (80 kq), Xəlil Allahverdiyev (92 kq), Murad Bəhlulzadə (110 kq) müxtəlif çəkilər üzrə yarışın ən yüksək pilləsinə layiq görülüblər
Tamaşaçılar tərəfindən böyük maraqla izlənilən yarışın sonunda idmançıların təltiflənmə mərasimi keçirilib.
Ordu.az