“Dəniz kuboku - 2019” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - VİDEO + FOTOLAR

2019/08/31133-1565542751.jpg
Oxunub: 1398     16:42     11 Avqust 2019    
“Dəniz Kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığını uğurla həyata keçiriblər. Atışlar 200 metr məsafədən icra olunub.

Beynəlxalq hakimlər briqadası gəmilərin vaxtında gəlməsi və hədəflərin məhv edilməsi üzrə qiymətləndirmə aparıblar. Qərara əsasən Azərbaycan və Rusiya komandaları 40 balla birinci, Qazaxıstan 36 balla ikinci, İran komandası isə 18 balla üçüncü yerə layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dəniz-Kuboku-2019  

“Dəniz kuboku - 2019” müsabiqəsində artilleriya atışları yerinə yetirilib - VİDEO + FOTOLAR

2019/08/31133-1565542751.jpg
Oxunub: 1399     16:42     11 Avqust 2019    