Ermənistanda 45 hərbi komissarlıqda yenidən təşkilatlandırma işləri aparılıb

2018/06/34_1528612352.jpeg
Oxunub: 810     18:55     10 Avqust 2019    
Ermənistan Müdafiə Nazirliyi fəaliyyətdə olan 45 hərbi komissarlıqda yenidən təşkilatlandırma işləri aparıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi fəaliyyətdə olan 45 hərbi komissarlıqda və onların nəzdində olan hərbi tibb komissiyalarında 2018-ci ilin qış çağırış dönəmi ilə eyni anda yenidən təşkilatlandırma işləri aparıb.

Nəticədə İrəvanda 5, bölgələrdə 11 olmaqla yenidən təşkilatlanmadan sonra 16 hərbi komissarlıq formalaşdırılıb.

2019-cu ilin yanvar-fevral aylarında hərbi komissarlıqların nəzdində fəaliyyət göstərən tibb komissiyalarının optimallaşdırılması üzrə keçid mərhələsində yeni təşkil edilən tibb komissiyalarının tərkibinə daxil edilməyən, hələki fəaliyyətdə olan tibb işçilərinin əmək haqqlarının ödənişində problem yaranmışdı.

Yekunda məlum olub ki, 106 tibb işçisi optimallaşdırma çərçivəsində hərbi komissarlıqların nəzdində fəaliyyət göstərən komissiyalara cəlb edilsə də, daha sonra yeni yaradılan tibb komissiyalarının tərkibində fəaliyyətlərini davam etməyiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya  

Ermənistanda 45 hərbi komissarlıqda yenidən təşkilatlandırma işləri aparılıb

2018/06/34_1528612352.jpeg
Oxunub: 811     18:55     10 Avqust 2019    