Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, partlayış nəticəsində Açinsk Mərkəzi Xəstəxanasına 8 nəfər yerləşdirilib.
Məlumata görə, 8 nəfərdən 5-i mülki şəxs, 1-i hərbçi, 2-si isə polis əməkdaşıdır.
Bildirilir ki, ildırım anbarda mərmilərin olduğu sahəyə düşüb və nəticədə iki ardıcıl partlayış baş verib.
Qeyd edək ki, hadisə ərazinin mərmilərdən təmizlənməsi işi aparılan zaman olub.
Sevinc Əliyeva
Ordu.az