Xatəmi ABŞ-ın qurmaq istədiyi hərbi ittifaqın bölgədə gərginlik yaradacağını bildirib

2019/01/13961-1546511764.jpg
Oxunub: 579     15:13     09 Avqust 2019    
“ABŞ bölgədəki təhlükənin başlıca səbəbidir. ABŞ-ın dənizçiliyin təhlükəsizliyi bəhanəsi ilə qurmaq istədiyi hərbi ittifaq bölgədə təhlükəni artıracaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İran Müdafiə naziri general Əmir Hatəmi deyib.

Onun sözlərinə görə, ABŞ dənizçiliyin təhlükəsizliyi bəhanəsi ilə bölgədə ittifaq qurmaq istəyir.

“Küveyt, Qətər və Oman Müdafiə nazirləri ilə telefonla danışaraq Zilhiccə ayı və Qurban bayramlarını təbrik etdim. Telefon zənglərində həmkarlarıma, İran İslam Respublikasının başda Fars körfəzi olmaqla bölgənin təhlükəsizliyinə dair məsuliyyət daşıdığını və Fars körfəzi ilə Hörmüz boğazında dənizçiliyin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələn səyi sərf edəcəyimizi bildirdim. İran üçün bölgənin təhlükəsizliyi vacibdir. Lakin bu təklükəsizliyin bölgə ölkələri tərəfindən təmin edilməsinə inanıram. ABŞ bölgədəki təhlükənin başlıca səbəbidir. ABŞ-ın dənizçiliyin təhlükəsizliyi bəhanəsi ilə qurmaq istədiyi hərbi ittifaq bölgədə təhlükəni artıracaq”, - deyə Hətami bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   ABŞ  

Xatəmi ABŞ-ın qurmaq istədiyi hərbi ittifaqın bölgədə gərginlik yaradacağını bildirib

2019/01/13961-1546511764.jpg
Oxunub: 580     15:13     09 Avqust 2019    