Ermənistanda BBC-nin “1 Mart”la bağlı gizli məlumatlarını diversiya aktı kimi dəyərləndirirlər

2019/05/news_-1558597328.jpg
Oxunub: 749     16:51     09 Avqust 2019    
Ümumerməni oyunlarının Xankəndindəki açılışından dərhal sonra, BBC-nin rus xidməti geniş bir məqalə ilə olduqca təhlükəli şəkildə "1 Mart" cinayətinə müraciət etmək qərarına gəlib.

Məqaləyə görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin sənədlərinə görə 2008-ci il “1 Mart” hadisələrində nümayişçilərin üzərinə general-mayor Samvel Karapetyanın rəhbərliyində Qarabağdan gələn hərbi qulluqçular atəş edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Alternativ Layihələr Qrupu"nun üzvü Geğam Nazaryan məsələnin ört-basdır edilməsi ilə bağlı məqalə yazıb.

Onun sözlərinə görə, diqqət çəkən məqam, hətta şər atılmış cinayət işində belə Qarabağdan gələn və xalqa atəş edən bölmələr haqqında heç bir kəlmənin olmamasıdır.

"Karapetyan isə iddia edir ki, onlar hökumət binasında olub, nə atəş edib, nə də atəş edənlərə yaxın olublar. Sual yaranır, niyə bu gün və niyə bu qədər təhlükəli vəziyyətdə bu addım atılıb? Bu hadisə MTX-nin görməli olduğu aydın şəkildə olan bir fəaliyyət tərzidir. Söhbət dövlətçiliyə qarşı aparılan təbliğat təxribatından gedir. Bu təhlükəli məqalənin sifarişçisi kimdir, bu sifarişçi xaricdəndir, yoxsa daxildən?

Kimdir, “Qarabağ, Azərbaycandır və son...” deyə yeni məqalə yazmaq üçün, bir an öncə Ermənistan-Qarabağ parçalanmasını görmək istəyən? Bu məqalənin yayılmasının son nöqtəsi budur. Hər iki halda, erməni dövlətçiliyinin, milli maraqların əleyhinə kimin dayandığını müəyyən edilməsi üçün Milli Təhlükəsizlik Xidmətinin ifşa etməli olduğu işi var. Daxildən olduğu halda təcili ifşa edilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Xaricdən olduğu halda isə rəqibə qarşı birləşməliyik. Çünki rəqib bizi daxili qeyri-sabitliyə, parçalanmağa nail olmaqla müharibə ilə məğlubiyyətə uğratmaq niyyətindədir”, - deyə məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, BBC-nin rus xidmətinin yaydığı məqaləni kimlərin alqışladığı və yaydığı ayrı bir mövzudur.

“İctimai televiziyanın xəbərlər proqramının bu informasiyanı yaymaqla başlması da üzücü haldır. Bəzi xarici KİV-lər daim digər, o cümlədən düşmən ölkələrə xidmət edirlər. Bu kimi yayımıları geniş yaymaq olmaz. Ermənistan xalqına qarşı açıq-aşkar təxribata yol verilib. Bu təxribat ölkənin milli və dövlət maraqlarına qarşı yönəlib. Belə vəziyyətə düşmənin dəyirmanına su tökmək yox, soyuqanlı davranaraq, ağıllı hərəkət etmək lazımdır. Xüsusuilə də 30 ildən sonra dünyanın ən güclü 10-luğunda olan MTX-yə sahib olacağımızı nəzərə alırıq, daxili sifarişçinin ifşa edilməsi üçün MTX əlindən gələn hər şeyi etməlidir. Axı, feyklərə qarşı mübarizə aparılması əmri qüvvədədir.

Yeri gəlmişkən, BBC yayımladığı məlumatdan öncəki gün 2 ay əvvəl qalmaqallı ittiham irəli sürülərək həbs edilən Ermənistan Daxili Qoşunların sabiq Qərargah rəisi Qeğam Petrosyan azad edilib. Daha sonra məlum olub ki, Zakar Hovhannsiyanın qətli ilə bağlı onun heç bir əlaqəsi yoxdur. Versiyalardan birinə görə, Britaniya Kütləvi İnformasiya Vasitəsində yer alan məqalə Petrosyanın azad edilməsinə cavab tədbiridir. Baş verən hadisəyə növbəti manipulyasiya faktı kimi baxmayın. Bu daha çox dərin və təhlükəli prosesdir. Bu, dövlətçiliyə qarşı diversiyadır. Əgər bu hadisə bu gün işə yarıyırsa , əmin olun ki, sabah bunun kimi onlarla məqalə biri digərindən təhlükəli olmaqla, nüfuzlu xarici KİV-lərdə meydana çıxacaq”, - deyə məqalədə diqqətə çatdırılır.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanda BBC-nin “1 Mart”la bağlı gizli məlumatlarını diversiya aktı kimi dəyərləndirirlər

2019/05/news_-1558597328.jpg
Oxunub: 750     16:51     09 Avqust 2019    