Paşinyanın Qarabağdakı təxribatçı bəyanatı hakimiyyətinin laxlamasından xəbər verir – BAXIŞ BUCAĞI

2019/08/00-17-1565070052.jpg
Oxunub: 958     14:51     09 Avqust 2019    
“Qarabağ Ermənistandır, Vəssalam”... Siyasi baxımdan nə qədər ziddiyyətli və gülməli səslənsə də, bu fikir qonşu Ermənistanın rəsmi siması tərəfindən səsləndirildi. Hər halda, Ermənistanın baş naziri özünü gülünc vəziyyətə salıb və niyə bu cür bəyanat verdiyinin fərqində olmamış deyil. Bu fikrə görə Nikol Paşinyan Azərbaycan, eləcə də erməni xalqı qarşısında məsuliyyət daşıdığını gözəl anlayır. Belə olduğu halda, bu çağırışla ortaya atılmaq Paşinyanın nəyinə gərək idi? Təbii ki, ən birinci o, öz hakimiyyətinə yönələn təhdid dolu mesajlardan yayınmaq üçün belə bir manevrə cəhd etdi. Hakimiyyətə gəlişinə dəstək olan erməni lobbisinin ortaya qoyduğu öhdəliklərə ram olmaqdan başqa yolu qalmayan Paşinyan, bu tip bəyanatlarla həm sıravi erməni cəmiyyətini aldada bilir, həm də özünün daxili və xarici siyasətdə gərəkli siyasi fiqur görüntüsünü yaratmağa nail olur.

Başqa bir baxış bucağından isə hadisələr daha aydın görünür: Azərbaycandakı ictimai-siyasi mühiti yaxından izləyən Paşinyan hökuməti Azərbaycan cəmiyyətinin Qarabağ məsələsinə həssas olduğunu yaxşı dərk edir və erməni nazir "Qarabağ Ermənistandır, Vəssalam" deməklə, əsasən, Azərbaycanda ictimai rəydə çaşqınlıq yaratmaqla yanaşı, həm də ölkədə dövlətə qarşı etiraz dalğasına səbəb olmağa çalışır.

Həmçinin, erməni tərəfinin bu fikri Azərbaycan cəmiyyətinin Qarabağ məsələsində mövqeyini bir daha yoxlamaq üçün yaxşı metod idi.

Paşinyanın məlum bəyanatı təbii ki, sözdən başqa bir şey deyil. Bəzi məqamlara diqqət çəkək: Paşinyanın rəhbərlik etdiyi hökumət ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən Ermənistan-Azərbaycan danışıqlarında masa arxasına oturmaqdan rəsmən imtina etməyib. Deməli, Ermənistan hazırda mövcud olan danışıqlar formatını qəbul edir. Digər tərəfdən, ermənilərin özlərinə havadar saydığı böyük güclər Cənubi Qafqazda sülhün və sabitliyin pozulmasında maraqlı olmadıqlarını açıq şəkildə ifadə edirlər. Belə olan halda, Paşinyan erməni cəmiyyətində getdikcə reytinqini itirən siyasi imicini və laxlamağa meylli olan hakimiyyətini qorumaq üçün müxtəlif məkrli variantlar düşünəcək.

Amma onun məlum bəyanatının arxasında diqqət çəkməyən bir məqam da var: Dağlıq Qarabağdakı qondarma hakimiyyətin başında dayananlarla münasibətlərini heç cür tənzimləyə bilməyən Paşinyan məlum sözləri səsləndirməklə qondarma qurumun “rəhbərləri”nə və onları dəstəkləyən Sarkisyan tərəfdarlarına demək istəyib ki, bütün erməni siyasi elitası məhz, onun hakimiyyətinə tabe olmalıdır. Bir sözlə, Paşinyan bu fikirlə qondarma qurumun siyasi mövcudluğunu tanımadığını bildirib. Deməli, erməni baş nazirin təbirincə, Qarabağ Ermənistanın ayrılmaz hissəsidirsə, qondarma qurumun “rəhbərliyi” mexaniki olaraq öz rəsmi idarəetmə statusunu itirir və Ermənistanın vahid idarəçiliyi altına keçir. Bu isə təbii ki, Paşinyan hakimiyyətindən fərqli olaraq, 30 ildir işğalçılıq siyasəti ilə Azərbaycan toraqlarını ələ keçirməyə nail olmuş quldur təfəkkürlü erməni liderlərə heç cür sərf etmir. Belə görünür ki, Paşinyanın məlum bəyanatı Azərbaycandan daha çox Ermənistandaxili proseslərə və hakimiyyətin bölüşdürülməsi və ya dəyişdirilməsi uğrunda genişlənən mübarizəyə hesablanıb. Hakimiyyətdən getdikdən sonra siyasi sferada o qədər də fəal görünməyən keçmiş erməni liderlərin gündəmə qayıtması bu ölkədə vəziyyətin o qədər də ürəkaçan olmadığını ortaya qoyur. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, sabiq prezidentlərin tərəfdarlarının Paşinyana qarşı birləşməsi yaxın gələcəkdə Ermənistanda siyasi vəziyyətin dəyişəcəyini və proseslərin böhran halına gəlib çatacağı qaçılmazdır. Əslində, Paşinyanı anlamaq mümkündür. Dünya səviyyəli və ya regional əhəmiyyətli hər hansı bir iqtisadi layihədə iştirak edə bilməyən Ermənistanın sosial-iqtisadi vəziyyəti ancaq ABŞ və Rusiya kimi böyük ölkələrin ayırdığı təmənnasız yardımlardan və erməni lobbisinin dəstəyindən asılıdır.

Siyasi arenada erməni cəmiyyətinin dəstəyini qazanmaq üçün “Qarabağ kartı” bütün erməni siyasi liderlər üçün yeganə manipulyasiya vasitəsidir. Onsuz da ölkəni bataqlıqdan çıxarmağa nail ola bilməyən erməni siyasilər müharibənin aktuallığından və danışıqların ləngidilməsindən mümkün qədər çox yararlanmağa üstünlük verirlər.

Qarabağ məsələsinə münasibətdə Ermənistanın özündə artıq xeyli fikir ayrılıqları meydana gəlib. Vaxtilə işğal siyasətinə rəhbərlik etmiş hərbi-siyasi fiqurlara qarşı, hakimiyyətə gəlişindən sonra birmənalı olaraq düşmən mövqeyi sərgiləyən Paşinyan və onun tərəfdarları Ermənistan və Qarabağ erməniləri arasında uçurumu daha da dərinləşdirdilər.

Bu isə təbii ki, Qarabağ müharibəsinin sülh yolu ilə həllini ləngitməklə yanaşı, həm də onu təhlükə altına atdı. Qarabağ və ətraf rayonların işğalında birbaşa rol oynamış Serj Sarkisyanın hakimiyyətdən düşürülməsindən sonra Ermənistan-Azərbaycan danışıqlar prosesində yeni mühitin meydana gələcəyinə ümid yaratsa da, Paşinyan hakimiyyətinin siyasi gedişləri vəziyyəti bir az da çətinləşdirdi.

Mövcud Ermənistan hakimiyyətinin hadisələri müharibənin qaçılmazlığına doğru sürüklədiyini və öz ölkələrinin uçuruma tərəf getdiyini anlayan erməni siyasilər Paşinyan tərəfindən buraxılan geopolitik səhvlərin ağır nəticələr verəcəyini yaxşı dərk edirlər. Buna görə də, Ermənistandaxili siyasi proseslərin yeni bir mərhələyə qədəm qoyacağı bəribaşdan məlum idi.

Hər halda, müharibədən yaxa qurtarıb Azərbaycanla sülh və qonşuluq münasibəti qurmaq istəyən qüvvələr Ermənistanı aqressiv, işğalçı təfəkkürlülərin idarəçiliyindən xilas etməyə can atacaqlar. Belə olan halda, hərbi güc və iqtisadi imkanlara daha çox malik olan Azərbaycan terrorçu təfəkkürlü erməni siyasiləri çaşqın qərarlar verməyə vadar edəcək.

Bu isə, cəbhədə vəziyyətin yenidən gərginləşdirilməsinə və Qarabağ müharibəsinin geniş miqyasda alovlanmasına səbəb ola bilər.

Təbii ki, nəticə məlumdur: Ermənistan hökumətinin təxribatlarına soyuqqanlılıq nümayiş etdirən Azərbaycan tərəfinin maraqlarına uyğun gələn bu şərait torpaqların işğal altından hərb yolu ilə və qeyd-şərtsiz azad edilməsinə xidmət göstərəcək.

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   Qarabağ  

Paşinyanın Qarabağdakı təxribatçı bəyanatı hakimiyyətinin laxlamasından xəbər verir – BAXIŞ BUCAĞI

2019/08/00-17-1565070052.jpg
Oxunub: 959     14:51     09 Avqust 2019    