Paşinyanın Azərbaycana təqdim etdiyi “casus belli”: “Bir əsgərin atdığı paslı güllə daha səmərəlidir” – HƏRBİ EKSPERT

2019/08/ftd-r-1565084727.jpg
Oxunub: 2116     14:09     06 Avqust 2019    
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gələrək 7-ci ümumerməni idman oyunlarının “açılış mərasimi”nə qatılması, buradakı açılış nitqində “Qarabağ Ermənistandır” ifadəsini işlətməsi, böyük ehtimalla, siyasi və hərbi rəhbərliyi ilə bərabər, bötüvlükdə Azərbaycan xalqının əsəblərini tam tarıma çəkməyə və danışıqlar prosesini dayandırmağa hesablanıb.

Hakimiyyətə gəldiyi ilk dönəmdə Paşinyan qondarma qurumu danışıqlar prosesinə qoşmaq istəyini gizlətmirdi. “Mən demişəm ki, Qarabağ məsələsi üzrə danışıqlarda Ermənistan Respublikası adından iştirak etməyə hazıram. Qarabağ adından (qondarma qurum-red.) isə Qarabağ hakimiyyəti iştirak etməlidir”sözləri ilə məsələyə münasibət bildirən Paşinyan, Ermənistan tərəfindən qondarma qurumun tanınmasını və ya onun Ermənistanın bir parçası olduğunu dilə gətirmirdi.

Lakin son bəyanat göstərdi ki, erməni baş nazir Azərbaycanın sülh danışıqlarının davam etdirilməsi istiqamətində atdığı addımlardan daha da ruhlanır, nəticədə isə həm Ermənistan, həm də Qarabağ əhalisinin eşitmək istədiyi “Qarabağ Ermənistandır” şüarını səsləndirməyə özündə cəsarət tapır.

Məhz bu anda Roma hüququ dövründə irəli sürülən və “casus belli” adlanan hüquqi termin Azərbaycanın bu gün tətbiq edə biləcəyi ən ideal seçim ola bilər. Bu termin qarşıdurma şəraitində olan dövlətlərdən biri tərəfindən digərinin ərazi bütövlyünü, müəyyən müqavilə və razılaşmaları, beynəlxalq hüquq normalarını pozduğu halda zərərçəkənin müharibə elan etmək üçün formal səbəbdir. Əslində Azərbaycan “casus belli” hüququnu BMT-nin qəbul etdiyi qətnamələrlə hələ 25 il bundan əvvəl əldə edib. Lakin beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in təzyiqləri nəticəsində Azərbaycan iqtisadi-hərbi imkanı olduğu halda, bu hüquqdan 4 günlük aprel döyüşləri xaric, heç zaman istifadə etməyib.

Bunu əvvəlki Ermənistan rəhbərləri qismən daha yaxşı anlayırdı və Qarabağın Ermənistan ərazisi kimi tanınmasının ağır fəsadları ilə qarşılaşacaqlarını anlayırdı. Paşinyan isə bu məsələlərə gəldiyi gündən fərqli yanaşaraq, danışıqlar prosesini ilk öncə 25 il əvvələ daşımaqla erməni icmasının danışıqlara cəlb edilməsini vacib saydı. Sonra isə gah müharibəni alovlandırıb məsuliyyətin onun üzərinə qoyulmasından bəhs etdi, gah da Ermənistan Müdafiə nazirinin “yeni müharibə, yeni ərazilər” şüarını dəstəklədi, sonda isə artıq qondarma qurumun Ermənistan olduğunu tarixi toraqlarımızda vurğulamaqdan çəkinmədi. Əslində bu ardıcıllıqda bir qanunauyğunluq mövcuddur: Paşinyanın hər bir bəyanatı Azərbaycan əsgərinin praktiki əzələ nümayişi ilə müşayiət olunmadığına görə o hər dəfə daha da cəsarətləndi.

Xankəndindəki bu bəyanatdan sonra isə Azərbaycanın danışıqlar prosesini qeyd-şərtsiz tərk edərək, tarixi torpaqlarının azad edilməsi məqsədilə BMT tərəfindən qəbul edilən qətnamələrinin yerinə yetirilməsi üçün əməliyyatlara başlamaqdan başqa çıxış yolu qalmır.

Əgər torpaqlarımız 27 ildir işğal altındadırsa və ordumuzun üstün imkanlarına baxmayaraq onları bəzi dövlətlərin təzyiqlərinə görə bu müddət ərzində azad edə bilmiriksə, o zaman Paşinyanın bu bəyanatı hamıdan çox Azərbaycanın işinə yarayır. Belə bir vəziyyətdə “casus belli” artıq mövcuddur. Bunu bizə Ermənistan Baş naziri şəxsən özü təqdim edir.

Çox zaman yüz diplomatın illərlə apardığı danışıqlardansa, bir əsgərin atdığı paslı güllə daha səmərəli olur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   Azərbaycan   Müharibə  

Paşinyanın Azərbaycana təqdim etdiyi “casus belli”: “Bir əsgərin atdığı paslı güllə daha səmərəlidir” – HƏRBİ EKSPERT

2019/08/ftd-r-1565084727.jpg
Oxunub: 2117     14:09     06 Avqust 2019    