Hava Hücum Vasitələri və Havadan Müdafiə Vasitələri arasında elmi-texniki mübarizədə S-400 amili - HƏRBİ EKSPERT

2019/08/4-1564743650.jpg
Oxunub: 2545     14:46     02 Avqust 2019    
Son zamanlar inkişaf edən ölkələrin istehsal etdiyi Hava Hücumundan Müdafiə sistemlərinə maraq kəskin şəkildə artır. Belə ki, ehtimal edilən düşmən ilk növbədə rəqib ölkənin iqtisadiyatına zərbə endirərək (iri iqtisadi şəhərlərinə, aerdromlarına, su və istilik elektrik stansiyalarına, su bəndlərinə, hərbi və digər mühüm strateji obyektlərinə) onu zəiflətməyə və ya hərbi əməliyyatlardan imtinaya məcbur eməyə çalışır. Bunların qarşısını almaq üçün ölkənin güclü və müasir tələblərə cavab verən Hava Hücumundan Müdafiə vasitələri olmalıdır. Son zamanlar Rusiya Federasiyasının Suriyada yerləşdirdiyi və qardaş Türkiyə Respublikasının da əldə etdiyi S-400 Zenit Raket Kompleksi daha ciddi marağa səbəb olur. Bu məqsədlə qısaca olaraq bu Zenit Raket Kompleksinin tətbiqi, əsas elementləri, onun döyüş xüsusiyyətləri və ən əsası onun müsbət və mənfi cəhətlərini sizinlə bölüşəcəm.

İlk öncə demək istəyirəm ki, Hava Hücum Vasitələri inkişaf etdikcə, Havadan Müdafiə Sistemləri də inkişaf edir. Və ya Havadan Müdafiə Sistemləri inkişaf etdikcə Hava Hücum Vasitələri bu Zenit Raket Sistemlərinin məhv etmə zonalarını yarıb keçmək üçün daha da yenilənir.Yəni Hava Hücum Vasitələri və Havadan Müdafiə Vasitələri arasında elmi-texniki mübarizə həmişə gedib, gedir və gedəcək. Bildirmək istəyirəm ki, ilkin mərhələdə dünyada gedən lokal konfliktlərdə, Vyetnamda, Suriyada, Misirdə Asuan bəndinin qorunmasında və digər münaqişələrdə əsas məqam çox sayda Hava Hücum Vasitələrinin eyni vaxtda döyüş tapşırığının yerinə yetrilməsinə cəlb olunmasından ibarət idi. Bu da hədəflərə qarşı bir və ya ikikanallı Zenit Raket Kompleksləri üçün praktiki olaraq ölümə bərabər bir fəaliyyət hesab edilirdi. Bu o demək idi ki, səmada 30-40 hədəfi eyni zamanda aşkarlandıqda ZRK yalnız əvvəlcə bir hədəfi məhv edib (divizionların sayına uyğun olaraq), sonra ikinci hədəfə atəş aça bilir. Ən yaxşı döyüş uzlaşması olan qabiliyyətli heyətə ən azı bir hədəfi məhv etmək üçün 1-3 dəqiqə vaxt tələb olunur. Bu vaxt ərzində isə kütləvi şəkildə uçan digər HHV-ləri atəş açan Zenit Raket Kompleksləri məhv edir. Hədəflərin sayının çox olması, onların həm idarəetmə, həm də raket əlehinə manevrlərini, həmçinin real REM müdaxiləsi şəratində Zenit Raket Komplekslərindən bir hədəfə qarşı buraxılan raketlərin məsrəfinin bəzən 10-30 ədədə çatmasına səbəb olur.

Eyni zamanda havada daha çox hədəfləri məhv edə biləcək ZRK yaratmaq (hədəf kanallarının sayını artırmaq üçün) məqsədinə nail olmaq üçün 1963-ci ildən çalışmalara başlandı. İlk olaraq bu döyüş imkanlarına malik “Patriot” tipli ZRK komplekslərinin yaradılmasına start verildi. Pentaqon 1970-1980-cı illərdə bu kompleksi sınaqlardan keçirərək 1981-ci ildən etibarən öz silah arsenalına daxil etdi. “Patriot” markalı ZRK silahlanmaya daxil olduqdan indiyə qədər modernizə olunmaqda davam edir.

Köhnə Sovetlər birliyi də bu istiqamətdə 1975-ci ildən S-300 markalı ZRK-nin yaradılmasına və sınaqlarına başladı. 1978-ci ildə S-300 Zenit Raket Kompleksi SSSR-nin Silahlı Qüvvələrinin istifadəsinə verildi. İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, S-400 Zenit Raket Kompleksi əslində elə S-300PM Zenit Raket Kompleksidir. S-300PM Zenit Raket Kompleksi üçüncü versiya altında modernizə edilərək S-300PM3 adını aldı. S-300PM3 Zenit Raket Kompleksinin əsas təyinatı isə bütün müasir hava hücum vasitələrini orta və uzaq məsafədə məhv etmək üçün nəzərdə tutulub. S-300PM3 Zenit Raket Kompleksi modernizə edildikdən sonra ona S-400 (40P6) markası verilərək 28 aprel 2007-ci ildə Rusiya Federasiyasının silah arsenalına qəbul edildi. Sonralar bu S-400 Zenit Raket Komplekslərinin xarici ölkələrə eksport variantları isə S-400"Triumf" adlandırıldı. "Triumf" sözünün də çox düşündürücü mənası var. “Triumf” - Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olmasıdır. Göründüyü kimi, nəticə etibarı ilə bu Zenit Raket Kompleksinin əsası hələ 1978-ci ildən modernizə edilən və 2007-ci ildə silahlanmaya daxil olan S-300PM3 Zenit Raket Kompleksidir. Konstruktorların sözlərinə görə, yeni nəsil raketlərin praktiki atışlardan sonra komleksin uzaq məhvetmə zonası (aerodinamik hədəflərinin məhv edilmə məsafəsi) 400 km-ə qədər artırılacaq. Bununla yanaşı, kompleks 4,8 km/s uçan taktiki balastik hədəfləri 60 km-ə qədər məsafədə məhv edə biləcək.

S-400 (40P6) Zenit Raket Kompleksi ilə silahlanan ZRDn əsasən aşağıda göstərilən elementlərdən ibarətdir:

1. 30K6E markalı idarəetmə vasitəsi:

- Ural-5323 avtomobil bazasında 55K6E döyüşü idarəetmə məntəqəsi;
- MZKT- 7930 bazasında 91H6E markalı, desimetr diapozonda işləyən Radiolokasiya Kompleksi (maneələrdən qorunmaq xassəli Panorama Radarı);

2. 6 ədədə qədər 98J6E markalı Zenit Raket Kompleksi (Hər kompleks maksimum 10 hədəf müşahidə edərək hər bir hədəfə 2 raket yönəldə bilir) aşağıdakı tərkibdədir:

- Çoxfunksiyalı 92H6E radiolokasiya stansiyası (400 km məsafədə hədəfləri aşkarlayaraq 100 hədəf barədə döyüş məlumatı verə bilir);
- Qoşqu üzərində yerləşən 12 ədədə qədər 5P85TE2 və ya 5P85CE2 markalı nəqliyyat-atıcı qurğusu;

3. S-300PMU1, PMU2, Zenit Raket Komplekslərində istifadə olunan 48H6Е, 48Н6Е2, 48Н6Е3 zenit raketləri, həmçinin 9М96Е ,9М96Е2 və çox uzaq məsafəli 40Н6Е zenit raketləri;

4. 30TS6E texniki təminat kompleks qurğusu.

Bundan başqa, döyüş qabiliyyətini yüksəltmək məqsədi ilə zenit raket kompleksi əlavə olaraq komplekləşdirilə bilər:

- Alçaq hündürlüklü və görünməyən (stels) hədəfləri (yerin relyefindən istifadə edən qanadlı raketlər və digər HHV) aşkar etmək üçün 98ZH6E markalı radiolokasiya stansiyası;
- 96L6E markalı bütün hündürlüklü unversal aşkaredici radiolokasiya kompleksi (aşkar etmə məsafəsi 300 km, aşkar etmə hündürlüyü 100 km).
- Maneələrdən qorunmaq məqsədi ilə müxtəlif diapozonda işləyən radarlar (ultra qısa dalğa diapozonunda “Səma”, santimetr diapozonunda “Qamma”, desimetr diapozonunda işləyən “Düşmən-Q”).

S-400 Zenit Raket Kompleksinin əsas taktiki-texniki xüsusiyyətləri:

Raketlərin xassələri

S-400 Zenit Raket Kompleksində əsasən 5 variantda Zenit Raketi istifadə edilir. Bunlara- 48H6E, 48H6E2, 48Н6ЕЗ, 9M96E2, 40Н6Е daxildir.

9М96М adlı raketlə bir atəş zamanı taktiki təyyarənin məhv edilmə ehtimalı 0,9; pilotsuz uçan aparatları isə 0,8 təşkil edir. 35 km hündürlüklərdə qazodinamik yönəldicilər vasitəsi ilə yüklənmə 20 G təşkil edə bilir.

S-400 zenit raket kompleksinin harada yerləşməsindən, idarə olunma prinsiplərindən asılı olaraq, qarşıda duran düşmənin Hava Hücum Vasitələrinin sayı, tərkibi və keyfiyyəti baxımından, yerin relyefinə və maneələrin tətbiqinə görə digər müxtəlif tipli radiolokasiya stansiyaları və qurğularla təhciz oluna bilər.

Əsas üstünlükləri:

- Məhv etmə zonasının parametrləri;
- Məhv edilməsi nəzərdə tutulan hədəflərin geniş surət diapozonu;
- Zenit raketlərinin sürət diapozonunun yüksəkliyi;
- Eyni vaxtda bir divizionun 10-qədər hədəfi məhv etmə ehtimalı;
- Aktiv fazalı anten sisteminin tətbiqi və maneələrə qarşı önləyici tədbir imkanları;
- Qısa müddətdə yerdəyişmə imkanı.

Əsas çatışmazlıqları:

- Zenit Raket Kompleksinin çox baha olması;
- Kütləvi zərbələr, xüsusi ilə qanadlı raketlərin tətbiqi zamanı döyüş imkanlarını tam realizə edə bilməməsi;
- Raketlərinin çox baha olması (bəzi hallarda qanadlı raketlərdən bir-iki dəfə baha);
- Atəş tempini nəzərə aldıqda raket döyüş dəstinin qısa bir zamada bitməsi;
- Yerin relyefindən istifadə edərək alçaq və ən alçaq yüksəkliklərdə uçan, qəfil peyda olan hədəflərin məhv etmə ehtimalının azalması;
- Kütləvi zərbələr zamanı digər zenit raket komplekslərinin köməyinə ehtiyac duyulması (“Pantsir”, “Buk” və s. ilə qorunma);
- Zenit Raket Kompleksinin elektron avadanlıqlarının erqonomik göstəricisi (tez-tez sıradan çıxma ehtimalı).

Bütün bu sadalanan nöqsanlara baxmayaraq öz taktiki-texniki xassələrinə görə S-400 Zenit Raket Kompleksi hazırkı Hava Hücum Vasitələrini məhv etməyə qadirdir. Yalnız bunun üçün:

- Zenit Raket Kompleksinin iş prinsipini bilən döyüş heyətinin olması;
- Döyüş texnikasının bütün döyüş parametrlərinin döyüşə hazır olması;
- Nəqliyyat atıcı qurğuda döyüşə hazır vəziyyətdə zenit raketlərinin (döyüş tətbiqinə uyğun olan indekslə) olması;
- Hədəflər barədə kəşfiyyat-döyüş məlumatlarının vaxtında alınması və dərhal aşkarlanması.
- Hədəflərin məhv edilməsi barədə qərarın vaxtında və düzgün qəbul edilməsi əsas şərtlərdən biridir.

Onu da qeyd etmək istəyirəm ki, Hava Hücum Vasitələri inkişaf etdikcə S-400 Zenit Raket Kompleksi də modernizə olunmaqda davam edəcək və ya digərləri ilə əvəzlənəcək. Artıq S-500 Zenit Raket Komplekslərinin sınaqlardan çıxması barədə məlumatlar yayılır.

Hərbi ekspert Ramiz Şərifov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   ZRK  

Hava Hücum Vasitələri və Havadan Müdafiə Vasitələri arasında elmi-texniki mübarizədə S-400 amili - HƏRBİ EKSPERT

2019/08/4-1564743650.jpg
Oxunub: 2546     14:46     02 Avqust 2019    