BMT: 2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub

2019/07/39185-1564569869.jpg
Oxunub: 712     19:42     31 İyul 2019    
"Ötən il qız uşaqlarına qarşı 933 seksual zorakılıq halları qeydə alınıb, lakin bu, yalnız rəsmi rəqəmlərdir və zorakılığın qurbanlarının sayı qat-qat çoxdur".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir.

“2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub. Hesabat münaqişələrin olduğu 20 ölkədə aparılan tədqiqatların nəticəsində hazırlanıb. Somali, Suriya və Nigeriyada azyaşlıları silahlı qruplaşmalara döyüşçü kimi cəlb edirlər. Belə ki, 2018-ci ildə 8 min uşaq hərbi əməliyyatlarda iştirak edib. Bundan başqa, cinayətkar dəstələr uşaqları oğurlayır, işgəncələrə və seksual istismara məruz qoyurlar.

Ötən il qız uşaqlarına qarşı 933 seksual zorakılıq halları qeydə alınıb, lakin bu, yalnız rəsmi rəqəmlərdir və zorakılığın qurbanlarının sayı qat-qat çoxdur. Hesabat dövründə məktəblərə və xəstəxanalara silahlı basqınlar nisbətən azalıb, lakin silahlı münaqişə zonalarında, xüsusən Əfqanıstan və Suriyada bu cür halların sayı xeyli çoxalıb. Təkcə Malidə 827 məktəb bağlanıb, 244 min azyaşlı təhsil hüququndan məhrum olub. Ötən il hökumət qoşunları tərəfindən uşaqlara qarşı törədilən cinayətlərin sayında da artım var”, - deyə hesabatda diqqətə çatdırılır.

BMT Baş katibinin silahlı münaqişə zonalarında uşaqların vəziyyəti üzrə xüsusi nümayəndəsi Virciniya Qambanın sözlərinə görə, münaqişələrin uşaqları necə məhv etdiyini görmək çox ağırdır.

“Tərəflər azyaşlıların müdafiəsini həyata keçirməli, onların hüquqlarını pozmamalıdır. Silahlı qruplaşmalarda iştirak edən uşaqları da cinayət məsuliyyətinə cəlb edirlər. Ötən il minlərlə azyaşlı bu ittihamla həbs olunub”, - deyə Qamba bildirib.

Hesabata şərh yazan BMT-nin Baş katibi silahlı münaqişə tərəflərinə xatırladıb ki, onlar mülki əhaliyə, o cümlədən uşaqlara hücum etməmək üzrə götürdükləri öhdəliklərə əməl etməlidirlər. O əlavə edib ki, silahlı münaqişələrdən əziyyət çəkən azyaşlıları qorumağın ən yaxşı yolu sülhdür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Müharibə  

BMT: 2018-ci ildə silahlı münaqişələrdə 12 min azyaşlı ölüb və ya şikəst olub

2019/07/39185-1564569869.jpg
Oxunub: 713     19:42     31 İyul 2019    