"Silahlı münaqişələrin qurbanı olan uşaqların sayı tarixi rekord həddə çatıb" - Quterreş

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 705     13:55     30 İyul 2019    
2018-ci ildə silahlı münaqişələrin qurbanı olan və ya müxtəlif dərəcəli xəsarət alan uşaqların sayı tarixi rekord həddə çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş ötən illə bağlı hesabatında bildirib.

Baş katib deyib ki, ötən il Əfqanıstanda 3 mindən çox yetkinlik yaşına çatmayan uşaq öldürülüb və ya münaqişələr nəticəsində yaralanıb.

"Suriyada öldürülən və ya yaralanan uşaqların sayı 1 900 nəfər, Yəməndə silahlı münaqişələrin qurbanı və ya onun nəticəsində yaralanan uşaqların sayı isə 1689 nəfər olub. Münaqişə bölgələrində uşaqların cinsi təcavüzə məruz qalmaları ilə bağlı 933 fakt qeydə alınıb. 2018-ci ildə silahlı münaqişələr nəticəsində ən çox uşaq Somali və Nigeriyada ölüb. Ötən il dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr nəticəsində 2 500 uşaq itkin düşüb", - deyə hesabatda qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Suilahlı-münaqişələr  

"Silahlı münaqişələrin qurbanı olan uşaqların sayı tarixi rekord həddə çatıb" - Quterreş

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 706     13:55     30 İyul 2019    