Düşmən təxribatları “Düşənbə 2”ni də uğursuzluğa uğratdı

2019/06/635-1-1561028441.jpg
Oxunub: 2524     15:43     29 İyul 2019    
Ötən gün təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistal Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu məhv edildi. Bir neçə gün əvvəl bu hərbi hissədə daha bir erməni hərbi qulluqçusu yaralanıb. Az öncə çıxan məlumatlara görə isə daha bir erməni hərbi qulluqçusu yaralanıb.

Təbii ki, rəsmi İrəvan baş verən prosesləri dünyaya birtərəfli şəkildə çatdırmağı hədəfləyib. Erməni KİV-ləri yenə də dezinformasiya maşınlarını işə salıb. Rəsmi Bakını atəşkəsi pozmaqda günahlandırır. Lakin...

Ötən gün düşmən iyulun 27-də təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Nəticədə düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Bununla kifayətlənməyən düşmən növbəti gün saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimizi və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimizi snayper tüfənglərindən atəşə tutdu. Dünən isə saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılıb və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Bəli, göründüyü kimi mövcud mənzərə tamamilə dəyişdi. Belə görünür ki, İrəvan mütləq erməni hərbi qulluqçusunun məhv edilməsi və ya zərərsizləşdirilməsi üçün çalışır.

Məhz bu siyasətin danışıqlar prosesinin olub-olmaması, o cümlədən müharibəyə dair beynəlxalq qadağanın mövcudluğu ilə əlaqəsi yoxdur. Digər tərəfdən keçən on illiklər ərzində İrəvan təxribatçı ritorikasının qorunub saxlanılmalı olduğuna dair ənənə formalaşdırıb və danışıqlar prosesi faktiki olaraq, bu məntiqlə davam etdirilib. Digər tərəfdən Ermənistanda buna - mülki sakinləri, tibbi yardım avtomobillərini atəşə tutmaqla - müharibə, yaxud hazırkı Ermənistan Xarici İşlər nazirinin dediyi kimi “fəlakət” sözü alternativ olaraq göstərilir.

Bəli, məhz erməni nazirin dediyi kimi – “Fəlakət”. Fəlakətin xarakteristikası və miqyası erməni hərbi qulluqçuların öldürülməsi deyil, Çıraqlıda top oynayan azyaşlı uşaqların atəşə tutulması, Qərvənddəki qəbirsanlıqların yandırılması, Əlibəylidə sakinlərin evlərinin hədəfə alınmasıdır.

Beləliklə, İrəvan danışıqların nəticəsindən və gedişatından asılı olmayaraq, bu siyasətini davam etdirəcək. Buna heç bir şübhə qalmamalıdır. İrəvana danışıqlar yox, bu danışıqlar müddətində öz məqsədlərinə nail olmaq üçün müvafiq şərait lazımdır.

Bu müddət ərzində Ermənistan Düşənbə və Vaşinqton razılaşmalarını uğursuzluğa uğratdı. Bundan sonra erməni tərəfinin hərbi siyasi kəskin bəyanatlarının sərtliyi fonunda yeni “Düşənbə-2” haqqında bəyanat verildi. Lakin təmas xəttindəki son erməni təxribatları fonunda “Düşənbə-2” güzəştinə də son qoyuldu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat  

Düşmən təxribatları “Düşənbə 2”ni də uğursuzluğa uğratdı

2019/06/635-1-1561028441.jpg
Oxunub: 2525     15:43     29 İyul 2019    