Türkiyə müdafiə sənayesinin üzləşdiyi risklərlə bağlı 4 məqam

2019/06/20190-1561613944.jpg
Oxunub: 816     21:26     22 İyul 2019    
İqtidara gəldiyi ilk günlərdən etibarən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin müdafiə sənayesi ilə bağlı uzun vədəli məqsədə yönəlik işlərə təkan verdi. Lakin Ankaranın F-35 proqramındakı iştirakının şübhə altına düşməsi və ölkənin iqtisadi böhran dövrünə qədəm qoyması ilə, Türkiyə müdafiə firmalarının inkişaf cığırında irəliləməyə davam edə bilib-bilməyəcəkləri sual altındadır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə Layihəsi üzrə direktoru Bülent Əlirıza Türkiyə müdafiə sənayesinin qarşısında dayanan əsas problemləri dörd sualda izah edib.

Türkiyə Ərdoğan iqtidarında özünün yerli müdafiə sənayesinin inkişafını prioritet etdi. Bu inkişafı necə dəyərləndirmək olar?

O bildirib ki, öz-özünü təmin edən müdafiə sənayesini təmin etmək 2023-cü il planının bir parçasıdır. Lakin bu gün özü də dediyi kimi həmin sektor hələ də Ərdoğan istədiyi yerə çata bilməyib. Buna baxmayaraq, Türkiyə müdafiə sənayesinin son 15 il ərzində ciddi nailiyyətlər əldə etdiyini görməzdən gəlmək də olmaz. Məsələn bu gün sektorun 65%-ə yaxını yerlidir. 2003-cü ildə isə bu rəqəm cəmi 20% idi. Bu gün Türkiyə şirkətlərinin hərbi məhsullardan ibarət ixracat həcmi 2 milyard dolları ötüb.

Rusiyanın S-400 sistemləri və ABŞ-ın F-35 qırıcı təyyarələri üzərində olan mübahisənin Türkiyənin müdafiə sənayesinə uzun müddətli zərər vurub-vurmayacağı ilə bağlı ekspert 1974-cü ildə Türkiyənin Kiprə qoşun yeritməsindən dolayı ona qarşı tətbiq edilən embarqonu xatırlayıb. O bildirib ki, 1978-ci ilə qədər davam edən bu embarqo zamanı hətta Xarici Hərbi Satışlar altında satılan silahlar belə çatdırılmırdı. Bu zaman Türkiyə ya öz sistemlərini arxalanır, ya da ABŞ istehsalı təyyarələri üçün zəruri detallardan dolayı qonşu dövlətlərdən kömək istəyirdi F-35-lərin çatdırılması da eyni təsir göstərəcək və Türkiyədə yerli müdafiə sənayesinin inkişafı ilə bağlı zərurəti bir qədər də gücləndirəcək.

Bülent Əlirıza bildirib ki, bu mübahisənin Türkiyənin yerli inkişafına, eləcə də ixracat potensialına təsiri belə ola bilər ki, onun təkmilləşdirmə və belə sistemləri ixrac etmə imkanlarına əngəl törədər. Çünki məsələn, Türkiyənin Pakistana satmaq üçün razılaşdığı helikopterlərin çatdırılması üçün belə ABŞ-ın icazəsi olmalıdır. Digər tərəfdən Türkiyə müdafiə sənayesi əsasən ABŞ-la birgə proqramlar çərçivəsində fəaliyyət göstərir və amerikadan gələn komponentlərin kəsilməsi bu işləri ləngidə bilər.

O bildirib ki, S-400/F-35 böhranının potensial effektlərindən əlavə yerli müdafiə sənayesinin böyüməsini zəiflədə biləcək şey ölkə iqtisadiyyatının trayektoriyası ola bilər. Məhz bu Türkiyənin müdafiə sənayesinə ayırdığı nəhəng maliyyə axınını davamlı olaraq saxlaya bilib-bilməyəcəyini müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Türkiyə müdafiə sənayesinin üzləşdiyi risklərlə bağlı 4 məqam

2019/06/20190-1561613944.jpg
Oxunub: 817     21:26     22 İyul 2019    