Azərbaycan istehsalı yüngül pulemyot - HP-7.62 (HƏRBİ EKSPERT)

2019/11/54513-7863437140.jpg
Oxunub: 1871     14:09     28 Noyabr 2019    
Bəhs ediləcək HP-7.62 pulemyotu SSRİ-nin məhşur 7.62 mm-lik PK silahının əsasında hazırlanıb. Sovetlərin PK pulemyotu 1950-ci ildən Kalaşnikovun rəhbərliyi altında layihələndirilib, 1961-ci ildən isə SSRİ-nin Deqtaryov zavodunda kütləvi istehsalına başlanıb. Hazırda müxtəlif ölkələrin silahlanmasında PK pulemyotlarının 8-dən çox versiyası yer almaqdadır.

SSRİ-dən başqa bu silahlar və onların müxtəlif versiyaları Çində "80 Type" (yəqin ki, yalnız ixrac üçün), Yuqoslaviyada M84 adı altında istehsal edilib. PK-nın lisenziyalı istehsalı isə Rumıniyada, Bolqarıstanda, əvvəlki ADR-də, Macarıstanda və Polşada həyata keçirilib.

HP-7.62 Azərbaycan istehsalı yüngül pulemyotdur. Azərbaycan mühəndisləri tərəfindən yaradılan 7.62×54 mm çaplı HP-7.62 hücum pulemyotunun ilk nümunəsi 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub. Kifayət qədər sadə və davamlı silah hesab olunan HP-7.62-nin Rusiyanın Kalaşnikov konserninin lisenziyası ilə ölkəmizdə istehsal edildiyi istisna edilmir.

İlk dəfə beynəlxalq səviyyədə- 2013-cü ildə IDEF sərgisində nümayiş etdirilən pulemyot texniki imkanlarına görə xarici analoqları ilə rəqabət aparır. Hətta bəzi taktiki-texniki xüsusiyyətlərinə görə, İsrailin "Negev NG7" və Belçikanın "FN Minimi 7.62 Mk.3" pulemyotu ilə rəqabət aparacaq səviyyədə olduğu iddia edilir.

2018-ci ilin sentyabrında pulemyot Azərbaycanda keçirilən 3-cü ADEX Beynəlxalq müdafiə sərgisində təkrarən nümayiş etdirildi. Yerli mütəxəssislər tərəfindən hazırlanan silah iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı, pulemyotun sınaqlarının tam və uğurla başa çatdırıldığı da məlum oldu. Pulemyotun artıq bir neçə il əvvəl seriya istehsalına başlandığı ehtimal edilir.

HP-7.62 tipli yüngül hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Bu pulemyot kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin silahlandırılması üçün nəzərdə tutulan qısa məsafələrdə yüksək effektivliyə malik silah sistemi hesab edilir.

HP-7.62 tipli hücum pulemyotundan atəş iki ayaq üzərindən və ya müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraşdırılan dəzgahlardan aparıla bilər.

HP-7,62 uzunmüddətli fasiləsiz atəşin (500-ə qədər) aparılmasını təmin edən qısa lülə ilə dəstləşdirilir. MSN mütəxəssislərinin sözlərinə görə, intensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı sipər də tətbiq olunub. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintisindən hazırlanıb.

Silahda yeni növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl dəstəyi tətbiq olunub. Dəstəyin aşağı və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən “Pikatinni” tipli lövhələr NATO-nun MİL-STD-1913 standartına uyğundur. Müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun taktiki imkanlarını artıran döyüş fənəri, əlavə dəstək, lazer hədəf göstəricisi və digər xüsusi avadanlıqların bu lövhəyə bərkidilməsi mümkündür.

HP-7.62 tipli hücum pulemyotunun çapı 7.62 mm, nişangah məsafəsi 1000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1080 mm, qundaq qapalı vəziyyətdə 980 mm, lülə uzunluğu 517 mm, maksimum atəş tezliyi dəqiqədə 650-750 ədəd mərmi, səmərəli döyüş atəş tezliyi dəqiqədə 250 ədəd mərmi, kütləsi isə 8.2 kq-dır. Silahın etibarlılıq müddəti 25.000 dəfə atəş açmaq üçün yetərlidir. Hücum pulemyotu istənilən hava şəraitində və ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər.

Pulemyotda ayaqüstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik mərmi qutusu da hazırlanıb. Atəş zamanı mərmilər pulemyotun qəbuledicisinə tutumu 100 və 200 ədəd olan bu metal qutulardakı lent vasitəsilə ötürülür. Pulemyotdan atəş aparmaq üçün 7.62x54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərən (PZ) gülləli və boş mərmilərdən istifadə olunur.

Bundan başqa, silahın konstruksiyasında həm dayaqdan, həm də ayaqüstü atışlarda dəstək kimi istifadə olunan dəstəkdən istifadə edilir. Uzunluğu nizamlanan plastik qundağa sahib HP-7.62 pulemyotundan qısa (10 atışadək), uzun (30 atışadək) növbəli və fasiləsiz atəş aparıla bilər.

Adətən bu tip pulemyotlarda lülənin dəyişdirilməsi imkanı nəzərdə tutulur, lakin yerli silahda bu funksiyanın mövcudluğu barədə rəsmi məlumat verilmir.

Müsbət cəhətləri ilə bərabər bu pulemyotların diqqət yetirilməsi vacib olan zəif nöqtələri də var. Yazdıqlarım şəxsi təcrübəmə əsalananır. Bu silahların lüləsi intensiv atəş zamanı artıq temperatura məruz qalır, soyudulması effektiv deyil və artıq zaman alır, nəticədə tügəng “mərmini tüpürür” və öncədən qənaətbəxş olmayan dəqiqlik isə tamamilə yoxa çıxır. Silah 600 metrdən artıq məsafədə yalnız böyük ölçülü hədəflərə, məsələn nəqliyyat vasitəsinə və ya hansısa əraziyə atəş açmağa yarayır. Nəmişlik yüksək olduqda və ya yağışlı havada atəş açarkən isti lülə buxar əmələ gətirir, bu isə 300 metr məsafədə belə hədəflərə dəqiq atəş açmaqda çətinliklər yaradır. Silahın aşağı atəş tezliyi, onun aviasiya vasitələrində tətbiqini istisna etməlidir.

Ümumiyyətlə, bu silahlar 20-ci əsrin ikinci yarısında başlayan Vyetnam müharibəsindən bu günə qədər bir çox konfliktlərdə, o cümlədən Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ, Birinci və İkinci Çeçen, Rusiya-Gürcüstan müharibələrində istifadə edilib. Bu silahdan əksər terror qruplaşmaları və qanunsuz hərbi birləşmələr də istifadə edir.

Buna səbəb kimi silahın ucuz qiyməti, sadə konstruksiyası, rahat öyrənilməsi və davamlılığı göstərilir.

Bu silahların ən geniş yayılan modellərindən biri də zirehli texnika üçün nəzərdə tutulan PKT pulemyotudur. Elektrik tətiklə dəstləşdirilən pulemyot müxtəlif növ döyüş maşınlarında (tankda, piyadaların döyüş maşınında, zirehli personal daşıyıcılarında, özüyeriyən artileriya qurğularında) quraşdırılır. 7.62x54 mm-lik mərmi ilə atəş açan və baza modelindən elektrik tətiyinə görə nisbətən ağır çəkisi ilə fərqlənən PKT-7.62 tipli tank pulemyotu düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. PKT-lərin kustar üsulla daşınan modellərə çevrilərək bir çox münaqişələrdə istifadəsi və helikopterlərə quraşdırılması faktları da mövcuddur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   HP-7.62  

Azərbaycan istehsalı yüngül pulemyot - HP-7.62 (HƏRBİ EKSPERT)

2019/11/54513-7863437140.jpg
Oxunub: 1872     14:09     28 Noyabr 2019    