Ermənistan-ABŞ münasibətlərində fəallaşma?| Bir-birinin ardınca rəsmi şəxslər ABŞ-a yola düşürlər

2019/07/01-40-1563620493.jpg
Oxunub: 896     15:13     20 İyul 2019    
“İlin ən gözlənilən hadisəsi Tramp-Paşinyan görüşünün baş tutması idi, lakin ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyasının üzvləri və erməni diplomatiyasının səfərbər etdiyi səylərə baxmayaraq, belə bir görüş baş tutmayıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifin fikrincə, Ermənistanda inqilabdan sonra yeni hakimiyyət haqqında səsləndirilən tənqidlər ən çox xarici siyasətdə yürüdülən siyasətə qarşı olub.

“Xarici siyasətdə bir çox münasibətlərin təhlükə altına alındığı, uzaq görmə qabiliyyətinə malik olmayan addımların atıldığı, o cümlədən rus-erməni münasibətlərində yol verilən səhvlər tənqid edilirdi. Lakin indi vəziyyətin nisbətən dəyişdiyi, artıq müəyyən hiss ediləcək təzahürlərin olduğu, xüsusilə də Ermənistan-ABŞ münasibətlərində yaxşılaşma qeydə alınır. Maraqlıdır ki, son zamanlar erməni məmurların ABŞ-a aktiv səfərlər həyata keçirdikləri nəzərə çarpır.

Xüsusilə də bu günlərdə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti, Baş nazir müavini Tiqran Avinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanın ayrı-ayrılıqda ABŞ-a səfər etdikləri və fərqli görüşlər keçirdikləri məlum olub. Səfərələrin bir yerdə deyil, ayrı-ayrılıqda baş tutması da maraqlıdır. Eyni zamanda məlumdur ki, həm Mirzoyan, həm də Avinyan Bostona da səfər edəcəklər. Sadəcə son bir il ərzində, keçən illərlə müqayisədə daha çox səfərlər baş tutub.

2016-cı ildə Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində baş verən dəyişikliklərlə bağlı Ermənistan-ABŞ münasibətləri öz durğunluq dövrünü yaşayıb. Donald Trampın xarici siyasətdə qarşıya qoyduğu prioritetlər dəyişdikdən sonra erməni məsələləri ikinci plana keçib. Bunu qarşılıqlı səfərlərin sayı və vaxtı da göstərir. 2016-cı ildən sonra məxməri inqilabadək olan müddətdə iki ölkə arasında münasibət passivləşib”, - deyə müəllif qeyd edib.

Müəllif, Sarkisyanın dövründə ABŞ-a get-gəllərin sayının çoxluğuna baxmayaraq iqtisadi komissiyanın fəaliyyətinin dondurulduğunu da diqqətə çatdırıb: “2016-cı ilin mart və oktyabr aylarında Serj Sarkisyan, 2017-ci ilin noyabr ayında isə sabiq Müdafiə naziri Vigen Sarkisyan ABŞ-da səfərdə olub. Bu dövr ərzində ABŞ-ın da müəyyən rəsmiləri İrəvanda olub. 2016-cı ilədək hər il ölkələrarası iqtisadi komissiyaların iclaslarının keçirilib. Bir il ABŞ-da, bir il Ermənistanda keçirilən iqtisadi komisiyanın 2016-cı ildən sonra görüşü baş tutmayıb. Faktiki olaraq, bu iqtisadi komissiyanın fəaliyyəti dondurulub. Lakin inqilabdan sonra kifayət qədər səfərlər baş tutub.

İnqilabdan sonra bu cür səfərlər iyun ayından başlayıb. İlk səfəri Ermənistan prezidenti Armen Sarkisyan həyata keçirib. Daha sonra Baş nazirin müavini Tiqran Avinyanın Los Ancelesə səfəri və şəhər rəhbəri ilə görüşü baş tutub. İlin ikinci yarısında bu səfərlər daha da fəallaşıb və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricit Brinqin Ermənistana səfər etməsi ilə yadda qalıb. Bundan başqa ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent də Ermənistana səfər edib. O, Ermənistan hökumətinə islahatlar prosesinin həyata keçirilməsində ABŞ-ın kömək etməyə hazır olduğunu bəyan edib”.

Müəllif yazısında, həmçinin o da vurğulanır ki, Paşinyan əsas Trampla görüşməli olsa da, dəfələrlə bu cəhdləri uğursuz alınıb.

“İlin ən yadda qalan səfəri Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfər etməsi olub. Bununla da Bolton öz çıxışında qeyd edib ki, 1997-ci ildən sonra Ermənistana səfər edən milli təhlüksizlik məsələləri üzrə müşavir olaraq ilk şəxsdir. O, Baş nazir Paşinyanla 1 saat 20 dəqiqə ərzində görüş keçirdiyini vurğulayıb. Bolton Baş nazirlə görüşənədək Müdafiə naziri, Xarici İşlər naziri, Milli Təhlükəsizlik Şurasının katibi ilə də görüş keçiriyini deyib.
Qeyd edək ki, bütün bunlara baxmayaraq, ilin ən gözlənilən hadisəsi Tramp-Paşinyan görüşünün baş tutması idi. Lakin ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyasının üzvləri və erməni diplomatiyasının səfərbər etdiyi səylərə baxmayaraq, belə bir görüş baş tutmayıb.

Sentyabrın 23-də Paşinyan işgüzar səfərlə Amerika Birləşmiş Ştatlarına yola düşüb və Nyu York şəhərində BMT-nin 73-cu sessiyasının işində iştirak edərək məruzə ilə çıxış edib.

Hazırda 3 yüksək vəzifəli şəxs ABŞ-da səfərdədir. Zöhrab Mnatsakanyan “dini azadlıq üzrə nazirlər iclasında” iştirak edəcək. Ararat Mirzoyanın və Tiqran Avinyanın da müxtəlif görüşlər keçirib”, - deyə müəllif sanki Tramp özünə sığışdırmadığı üçün Paşinyanla görüşmür və yaxın gələcəkdə bunun mümkün olma ehtimalının sıfıra bərabər olduğunu diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan-ABŞ münasibətlərində fəallaşma?| Bir-birinin ardınca rəsmi şəxslər ABŞ-a yola düşürlər

2019/07/01-40-1563620493.jpg
Oxunub: 897     15:13     20 İyul 2019    