ABŞ “Taliban”la danışıqları bərpa etmək niyyətindədir

2019/07/peace-1563620177.jpg
Oxunub: 733     16:53     20 İyul 2019    
Əfqanıstanda zorakılığın artması fonunda ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı ilə ABŞ rəsmiləri gələn həftə vəziyyətin nizamlanması ilə bağlı danışıqları bərpa etməyi planlaşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Tərəflər arasındakı danışıqlar iyulin 24-də və ya 25-də bərpa edilə bilər. Əsas diqqət yəqin ki, ABŞ qoşunlarının çıxarılmasına yönəldiləcək. Çünki, bu məsələdə razılaşma əldə olunmayıb, ABŞ qoşunlarını iki ildən sonra çıxarmaq istəyirsə, “Taliban” müddətin altı ay olmasında israr edir”, - deyə “Taliban”a yaxın mənbə bildirib.

Qeyd edək ki, ABŞ "Taliban"la Əfqanıstandakı vəziyyətin həlli və ABŞ qoşunlarının çıxarılmasına dair danışıqlar aparır. Bu danışıqlar müzakirələrə dəvət edilməyən Əfqanıstan hökumətinin dəfələrlə narazılığına səbəb olub. ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə hökuməti də bu prosesə mütləq cəlb edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   ABŞ  

ABŞ “Taliban”la danışıqları bərpa etmək niyyətindədir

2019/07/peace-1563620177.jpg
Oxunub: 734     16:53     20 İyul 2019    