Gizli və asimmetrik hücumun özəllikləri - Kiber Müharibə

2019/07/45645-1563619825.jpg
Oxunub: 1844     18:37     20 İyul 2019    
Dünya səviyyəsində hökumətlərə qarşı milli dövlətlərin hakerləri tərəfindən edilən kiber hücumların sayı artmaqda davam edir. Çox vaxt təhlükəsizlik üzrə mütəxəssislər dövlətlər arasında kiber mübahisələrə toxunarkən informasiya müharibəsi terminindən istifadə edirlər. Ənənəvi hərbi hücumlarda olduğu kimi kiber hücumlar da fiziki ziyana səbəb ola bilər. Xüsusən də spesifik strategiyalara əsasən milli-dövlətin aktorları düşmənlərinin kritik infrastrukturunu hədəf ala bilərlər.

Kiber müharibələr gizli və asimmetrikdir. Əksər hallarda dövlət dəstəkli aktorlar təxribat və kiber casusluq üçün düşmənin informasiya sistemlərinə qarşı ölümcül olmayan hücumlar həyata keçirirlər. Bu da informasiya müharibəsinin artmasının dəlilidir.

İkinci Dünya müharibəsindən sonra kiber müharibə ən qabaqcıl döyüş zonasına çevrilib. Bəs bu imkandan ən çox faydalanan qlobal aktorlar hansılardır?

Daha böyük kinetik müharibə qabiliyyətinə malik “super güc” dövlətləri adlandırılan böyük dövlətlərə qarşı kiçik dövlətlərin hücumedici kiber döyüş qabiliyyətlərinin inkişafı onlara strateji üstünlük verir və güclər balansının üstünlüyünü sürətlə dəyişir.

İnformasiya müharibəsi demək olar ki, hər bir hökumət üçün cəlbedicidir. Müharibə üçün bacarıqların inkişaf etdirilməsi və yerləşdirilməsinin aşağı qiyməti, kiber müharibə silahlarının inkişafı və səfərbər edilməsi zamanı minimum nəzərə çarpıcılıq, dayandırılmasının çətinlikləri, sülh dövründə də hücum etmək imkanı, böyük dövlətlərin həyati infrastrukturdan böyük asılılığı kimi amillər informasiya və kiber müharibəni cəlbedici edir.

İnformasiya müharibəsi nədir?

Media tərəfindən daha çox sui-istifadə edilən bu termin üçün bir çox təriflər var. ABŞ-ın Milli Müdafiə Universitetinin professoru Den Kuehl informasiya müharibəsini “informasiya mühitində iki və ya daha çox qrup arasında münaqişə və ya mübarizə” kimi təyin edir. Bu o deməkdir ki, termin düşmənin informasiya mühitini və onun fəaliyyətini inkar etmək, istismar etmək, korlamaq və ya məhv etmək üçün hər hansı bir hərəkətə müraciət etmək kimi qəbul edilə bilər.

İnformasiya müharibəsinin arxasındakı əsas konsepsiya “kiber qabiliyyət” adlandırılan konsepsiyadır. Bu qabiliyyət bir kiber ordunun öz sistemlərini kiber hücumlardan qorumaq və ya arzulanan hədəfə hücum etməyi mümkün edən imkandır.

Bu gün dünyada demək olar ki, bütün hökumətlər bu cür qabiliyyətləri inkişaf etdirmək üçün milyardlarla investisiya edir. ABŞ, Böyük Britaniya, İsrail, Çin və Rusiya ən inkişaf etmiş ölkələr hesab edilir, lakin son dövrlərdə İran və Şimali Koreya kimi hökumətlər də güclü bir şəkildə kiber arenaya daxil olurlar. İnformasiya müharibəsi terminin analizinə daha çox dərindən yanaşdıqca, hərbi ekspertlər tərəfindən göstərilən kiber imkanların kiber hücum texnikaları, elektron müharibə, kiber savaş və psixoloji əməliyyatların birləşməsi olduğunu müşahidə edə bilərik.

Bəs infrastrukturlarımız kiber hücumlara qarşı möhkəmdirmi? Kiber hücumlara qarşı ən dayanıqlı ölkələr hansılardır?

Hər birimiz kiber hücumlara qarşı həssasıq, hücum sferasının artması sistemimizi kiber təhlükələrə məruz qoyur və rəqib aktorlar bunu bilir.

Dünya İqtisadi Forumu hökumətlər və onların kiber hücumlara qarşı dayanıqlılığı ilə bağlı maraqlı məlumatları paylaşıb. Ölkələrin kibertəhlükəsizliyə dair öhdəliyini ölçmək üçün çoxtərəfli tərəfdaşlıq təşəbbüsü olan “Global Cyber Security Index” (Qlobal Kibertəhlükəsizlik İndeksi) müəyyənləşdirilib. Hər bir ölkə üçün 5 kateqoriyalı təhlil aparılır: Hüquqi Tədbirlər, Texniki Tədbirlər, Təşkilati Tədbirlər, Potensialın gücləndirilməsi və Əməkdaşlıq.

ABŞ, kibertəhlükəsizliyə istiqamətlənən əhəmiyyətli dərəcədə səy sərf edib, çünki ölkə təhdid aktorlarının başlıca hədəfidir. ABŞ bu səbəbdən də, innovativ texniki tədbirlərin qəbul edilməsinə, həmçinin hüquqi tədbirlərə böyük həcmdə investisiya qoyur. Təəccüblüsü isə İsrail və Böyük Britaniya kimi ölkələrin sıralamalarda tutduğu yerdir. Mütəxəssislər bu ölkələri kiber məkanda ən qabaqcıl dövlətlər arasında görürlər. Müsbət tendensiya odur ki, Oman, Malayziya və Norveç kimi ölkələr tərəfindən kiber strategiyalara dair qərarlar qəbul edilir.

İnformasiya müharibəsinin anatomiyası

Biz çox sıx əlaqəli bir dünyada yaşayırıq, informasiya kommunikasiyası hər bir ölkənin həyati əməliyyatları üçün vacibdir. Lakin biz bu əməliyyatların elektron döyüş vasitələrinin hücumunun əsas hədəflərindən biri olduğunu düşünmək məcburiyyətindəyik. Birja, hava nəqliyyatının idarə edilməsi sistemləri, bank sistemləri, müdafiə sistemləri hədəf ölkəni xaosa gətirən bir kiber hücum nəticəsində zərər verilə biləcək komponentlərin sadəcə bir neçə nümunəsidir. İnformasiya müharibəsi yalnız haker hücumları demək deyil; psixoloji əməliyyatlar hər hansı bir hərbi strategiyanın mühüm komponentləridir. Xüsusi hazırlanmış məlumatların yayılması ilə bir ölkəni destabilizasiya etmək və ya əhalinin ruh yüksəkliyini məhv etmək, bununla da hərbi əməliyyatların başlandığını demək mümkündür.

İnformasiya müharibəsi bu gün elektron müharibə, kiber müharibə və psixoloji əməliyyatların nəticəsidir. Bütün bu konsepsiyalar hökumət tərəfindən hücum və müdafiə məqsədləri üçün tətbiq olunur. Gələcəyin müharibəsi üçün yeni qaydaları müəyyən etmək, yuxarıda göstərilən bütün aspektləri təhlil etmək və hər hansı bir ölkə tərəfindən qlobal səviyyədə qəbul edilmiş bir sıra qaydaların müəyyənləşdirilməsini nəzərdə tutur.

Kiber təhlükəsizlik üzrə mütəxəssislər, siyasətçilər və diplomatlar qaydaların müəyyənləşdirilməsi məsələsində əməkdaşlıq etsələr də, bu, çətin məsələdir. Rəqib aktorlar, yeni nəsil inkişaf etmiş kiber silahlarla bu sahədə hüquqi tənzimlənmənin çatışmazlığından sui-istifadə edir. Bu hamının hamıya qarşı müharibəsidir. Bu müharibədə kiber terrorçular və kiber cinayətkarlar kimi yeni aktorlar narahatlıqların əhəmiyyətli hissəsini təmsil edir.

Hökumətlərin kiber müharibəyə qarşı tədbirləri nələrdir?

Demək olar ki, bu gün hər bir dövlət “qeyri-ənənəvi” müharibə üçün təyin edilmiş birliklərinin sayını artırır.

2015-ci ilin martında, federal rəsmilər, ABŞ ordusu Kiber Komandanlığına 3000 kiber ekspert işə götürmək üçün yaşıl işıq yandırıldığını açıqladı. Bir il sonra, Birləşmiş Ştatların Dəniz Piyada Korpusu, “Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu” adlanan yeni haker dəstək birliyini yaratdı.

Yeni yaradılan Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu ABŞ hökuməti tərəfindən 2010-cu ildə yaradılan ABŞ Dəniz Piyada Korpusunun Kiber qüvvələrinə dəstək verəcək.

Kiber Döyüş Qrupu ABŞ Dəniz Piyada Korpusunun infrastrukturunu kiber hücumlardan qoruyacaq. Bu səbəbdən, bu qrup kiber təhdidlərə qarşı bir növ virtual “təhlükəsizlik divarı” kimi təsvir edilib.

“Kiber əməliyyatlar bütövlükdə şəbəkənizin daxili istifadə üçün təhlükəsiz olmasını təmin edən bir şeydir. Bu bir “wi-fi router” satın aldığınız kimi onu quraşdırmaq, parol və şifrləmə qurmaq kimidir. Kiberməkan əməliyyatları sistemlərimizin hakerlərin ona daxil olmasını dayandırmaq üçün təhlükəsizliyini təmin edir. Bu elə bir sistemdir ki, orada bizim şəxsi məlumatlarımız, yəni hər şey saxlanılır. Bu əməliyyatlarla biz düşmənin hücumlarının qarşısını necə almalı olduğumuzu test edirik”, - deyə qrupun adı açıqlanmayan üzvü bildirib.

Aşağıda yeni haker birliyinin və onun funksiyalarının rəsmi təsviri qeyd olunub: “Dəniz Piyada Korpusunun Kiber Döyüş Qrupu komandiri var və o qrupu təşkil edir, təlimlər keçirir, təchizatla təmin edir, inzibati dəstək verir, hazırlıqlarını idarə edir. Həmçinin Kiber Missiya qüvvələrini komandalarının yaradılmasını və onların sertifikatlaşdırmasını ABŞ Kiber Komandanlığına təqdim edir. Kiber Döyüş Qrupu tam spektrli kiberməkan əməliyyatlarını planlaşdırır və həyata keçirir, ABŞ Dəniz Piyada Korpusunun Kiber Qüvvələri tərəfindən birgə tələblərin yerinə yetirilməsi üçün dəstək qrupu qismində idarə olunur”.

Bənzər bir yanaşma Böyük Britaniya hökuməti tərəfindən də qəbul edilib. Britaniya Ordusu iki yeni kiber vahid- 77-ci Batalyon və 1-ci Kəşfiyyat, Müşahidə və Araşdırma Briqadasını yaradıb. 77-ci Batalyon psixoloji əməliyyatlarda ixtisaslaşmış sosial media ilə yaxından tanış olan əsgərlərdən ibarət bir kiber bölmədir. 1-ci Kəşfiyyat, Müşahidə və Araşdırma Briqadası isə elektron müharibə və kəşfiyyat qabiliyyətlərini özündə ehtiva edir.

(Ardı var)
Dəyanət Ağalarlı
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kibertəhlükəsizlik   Müharibə   İnformasiya-müharibəsi  

Gizli və asimmetrik hücumun özəllikləri - Kiber Müharibə

2019/07/45645-1563619825.jpg
Oxunub: 1845     18:37     20 İyul 2019    