DSX silahlanmasında ABŞ istehsalı snayper tüfəngi - "CheyTac" M200 (EKSPERT)

2019/08/c5074-3131022942.jpg
Oxunub: 1243     12:43     15 Avqust 2019    
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan bölmələrdə məhdud sayda müşahidə olunan silahlardan biri də ABŞ-ın "CheyTac Associates" şirkəti tərəfindən hazırlanan "CheyTac" snayper tüfəngləridir.

"CheyTac" snayper tüfənginin hazırlanmasında əsas məqsəd imkanlarına görə 12,7 mm (.50) çaplı silahlardan daha üstün, uzaqmənilli və dəqiq bir snayper tüfənginin əldə edilməsindən ibarət olub. Bunun üçün əvvəlcə Dr. Con Teylorun (ABŞ) rəhbərliyi altında nominal çapı 10 mm olan .408 "CheyTac" mərmisi hazırlandı. Yeni mərmi ölçü və çəkisinə görə .50 "Browning" (12.7x99) pulemyot mərmisi ilə populyar .338 "Lapua" (8.6x76) mərmisi arasında aralıq mövqe tutur. Bu mərminin yaradılmasında əsas məqsədlərdən biri də 3000 metrə qədər məsafədə dəqiq atəşi, 3500 metr məsafədə isə məhvetmə qüvvəsini təmin etmək idi.

"CheyTac" LRRS (Long Range Rifle System - Uzaq Mənzilli Silah Sistemi) ABŞ-ın "CheyTac Associates" şirkəti tərəfindən hazırlanıb və uzaq məsafədən düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulur. Sistemin tərkibinə "CheyTac" M200 tüfəngi, "NightForce" NXS 5.5-22X nişangahı, .408 "CheyTac" mərmisi, PDA "Casio Cassiopea" M70 bazasında hazırlanan xüsusi ballistik kompüter və ona qoşulan "Kestrel 4000" külək, temperatur və atmosfer təzyiqi sensorları daxildir. Silah tərkibindəki avadanlıqların köməyi ilə 2000 metr məsafədən düşmən hədəflərini effektiv bir dəqiqliklə məhv etməyə imkan verir. Atəş zərbə-tətik mexanizminə təzyiq etmək vasitəsilə həyata keçirilir. "CheyTac" tüfəngləri 2001-ci ildən bu günə qədər istehsal edilir və indiyə qədər də dünyanın ən yaxşı snayper tüfəngi hesab edilir.

Daha öncədən bu tüfəng 21-ci əsrin perspektivli snayper tüfəngi kimi layihələndirilib. Ümumiyyətlə istənilən sənaye sahəsi irəliyə doğru baxaraq istehsala başlamalıdır. Silah sistemi istehsal edildiyi tarixdən 20-30 il sonrakı dövrdə aktual olmayacaqsa, ona sərmayə yatırmağa dəyməz. Bu anlamda "CheyTac" təcrübəsi bir çoxlarına nümunə göstərilə bilər. Bu tüfəngin əsas konsepsiyası, klassik snayper silahlarından istifadə edən antisnayperlər üçün əlçatmaz olan, ən uzaq məsafədən seçilmiş hədəfləri məhv etməkdən ibarətdir. 2000 metr effektiv atəş məsafəsinə malik snayper tüfəngindən məhdud imkanlı antimaterial silah kimi istifadə etmək də mümkündür.

Silahda istifadə edilən .408"CheyTac" mərmisinin gülləsi xüsusi forması və dizaynı sayəsində çox böyük bir ballistik göstəricilər əldə edib və 2000 metrdən artıq məsafədə belə səsdən yüksək sürətini saxlaya bilir. 30% daha yüngül və aşağı təpmə qüvvəsinə malik olmasına baxmayaraq, 700 metrdən çox məsafədə belə .408 çaplı güllənin enerjisi, eyni məsafədə 12.7 mm-lik .50"Browning" gülləsinin enerjisindən daha yüksəkdir.

M200 tüfənginin dizaynı ABŞ-ın EDM "Arms" şirkətinin yaratdığı .50 çaplı "Windrunner" silahının konstruksiyasına əsaslanır. Lülənin ağızında OPSINC effektiv ağız əyləci və ya səsboğucu quraşdırıla bilər. Silahda mexaniki nişangah quraşdırılması nəzərdə tutulmur. Optika quraşdırmaq üçün, standart "Pikatinni" tipli lövhədən istifadə olunur, "Nightforce" NXS 5.5-22X teleskopik nişangahı isə əsas optik vasitə hesab olunur. Zəruri hallarda nişangaha AN/PVS-14 gecə görmə modulu və hədəfləri işıqlandırmaq üçün AN/PEQ-2 infraqırmızı lazer cihazı əlavə edilə bilər. Tüfəngin mərmi ilə qidalanması bircərgəli 5 və ya 7 ədəd mərmi tutumuna malik xəzinə vasitəsilə həyata keçirilir. "CheyTac" M200 tüfənginin dəyəri təxminən 50.000 dollardır. Buna görə də bu silahlardan məhdud sayda ölkələr istifadə edir.

Onun istifadəçiləri arasında ABŞ-dan başqa, Azərbaycan, Argentina, Türkiyə, İordaniya, Polşa, Gürcüstan və Ermənistan da mövcuddur. Kifayət qədər yüksək dəyərin silahın təchiz edilə biləcəyi əlavə cihazların geniş çeşidi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

"CheyTac Associates" şirkəti əsas M200 modelindən başqa, dəyəri 11700 dollardan 13800 dollar arasında dəyişən eyni çaplı daha sadə "Intervention M310" tüfəngini də istehsal edir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı - 12.3 kq (nişangahsız);
Uzunluğu - Açıq qundaqla 1400 mm/qapalı qundaqla 1220 mm;
Mərmi - .408 və ya .375 "CheyTac";
Çapı - 10.3 × 77 mm;
Mərminin sürəti - 884 m/san;
Effektiv atəş məsafəsi - 2000 m;
Xəzinə tutumu - 5/7 mərmi;
Lülə enerjisi - 8400 Coul;
İş prinsipi: əllə doldurma, üfuqi sürüşən və dönən çaxmaq.

Silah yalnız tək-tək atəş rejimi üçün nəzərdə tutulur. Bu tip silahların dəqiqliyi avtomatik və ya yarımavtomatik doldurulan silahlardan yüksək olur. Atəş tezliyi isə təbii ki, daha aşağıdır. Bu göstərici dəqiqədə 20-yə qədərdir.

Daha öncə də qeyd etdiyimiz kimi, bu snayper tüfəngləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan bölmələrdə müşahidə olunub. Fikrimcə bu tip və ya buna bənzər atıcı silah sistemlərinin gələcək inkişaf tendensiyasını nəzərə alaraq, onların yerli istehsalına ciddi diqqət ayrımaq vacibdir. Sərhəd Qoşunları ilə bərabər, səngərdə yerləşən 1-ci eşalondakı bölmələrin snayperlərin silahlarını bu tip, geniş imkanlı antisnayper silahları ilə əvəz etmək də məqsədəuyğun olardı.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: CheyTac-M200   DSX  

DSX silahlanmasında ABŞ istehsalı snayper tüfəngi - "CheyTac" M200 (EKSPERT)

2019/08/c5074-3131022942.jpg
Oxunub: 1246     12:43     15 Avqust 2019    