Ermənistan MN-in keşmiş binası hansı vəziyyətdədir?| Hovhannisyan nəyisə gizlədir...

2019/07/00-94-1563614452.jpg
Oxunub: 702     17:19     20 İyul 2019    
“Buna görə də binanın qorunması və nəzarətini Müdafiə Nazirliyi həyata keçirə bilər. Qeyd edilən daşınmaz əmlakla bağlı sərmayə layihəsi var və hazırda müzakirə mərhələsindədir”.

Ordu.az xəbər verir ki, erməni KİV-ləri hazırda binanın vəziyyətinin hansı yerdə olması ilə maraqlanıb və maraqlı nəticələr əldə edib.

Məlumata görə, Ermənistan Müdafiə nazirliyinin keçmiş binası Kotayk vilayətinin Proşyan kəndində yerləşir. Binanın taleyi qeyri-müəyyəndir, bundan başqa bəzi şəxslər tərəfindən binanın otaqları zəbt edilib və müxtəlif xarakterli işlər aparılır.

Kotayk vilayət rəhbərliyindən KİV-lərə bildirilib ki, binanın mühafizəsi və qorunması Müdafiə Nazirliyinin səlahiyyətindədir. Ərazinin ələ keçirilməsi və kimlərinsə məskunlaşması barədə isə heç bir məlumat daxil olmayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə qeyd edib ki, bina dövlət əmlakının idarə olunması komitəsinə təhvil verilib.

Ermənistan dövlət əmlakının idarə olunması komitəsindən isə binanın taleyi ilə bağlı bildiriblər ki, Müdafiə Nazirliyində səhv salıblar və bina Müdafiə Nazirliyinin balansında qalmaqda davam edir.

“Buna görə də binanın qorunması və nəzarətini Müdafiə Nazirliyi həyata keçirə bilər. Ərazinin zəbt edilməsinə isə heç bir münasibət bildirməyəcəyik. Lakin qanuni yolla ərazini kiminsə icarəyə götürməsi istisna edilir. Qeyd edilən daşınmaz əmlakla bağlı sərmayə layihəsi var və hazırda müzakirə mərhələsindədir”, - deyə komitənin açıqlamasında bildirilib.

Komitənin münasibətinə Ermənistan Müdafiə Nazirliyinin cavabını öyrənmək üçün təkrar edilən müraciətə isə qısa cavab verilib. “Sonra?” deyə reaksiya verən Hovhannisyan binanın nazirliyin balansında olsa belə hazırda fəaliyyət göstərmədiyini və mühafizəyə verilildiyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan MN-in keşmiş binası hansı vəziyyətdədir?| Hovhannisyan nəyisə gizlədir...

2019/07/00-94-1563614452.jpg
Oxunub: 703     17:19     20 İyul 2019    