Rəsmi London: "Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq"

2019/07/Jerem-1563602958.jpg
Oxunub: 630     10:17     20 İyul 2019    
“İran Hörmüz boğazında saxladığı Böyük Britaniyaya məxsus “Stena Impero” və “Mesdar” tankerlərini azad etməsə ciddi nəticələrlə üzləşəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant deyib.

Onun sözlərinə görə, bu, tamamilə qəbuledilməz vəziyyətdir və naviqasiya azadlığı qorunub saxlanmalıdır.

“Bir neçə dəqiqədən sonra COBRA hökumət komitəsinin fövqəladə iclası keçiriləcək. Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq. Biz tamamilə aydın şəkildə anlatmaq istəyirik ki, əgər bu vəziyyət yaxın zamanda həll olunmasa bu, ciddi fəsadlarla nəticələnəcək. Gəminin göyərtəsində 23 nəfər olub və o, Britaniya bayrağı altında üzüb. Onların arasında britaniyalı yoxdur, lakin biz heyət üzvlərinə görə narahatıq. Mən bu gün axşam ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə vəziyyət barədə danışdım, İranın Xarici İşlər naziri Cavad Zərif ilə danışmağa cəhd göstərdim, lakin başa düşdüyüm qədəri ilə o, təyyarədə idi, odur ki, onunla ilk fürsətdəcə danışacağıq”, - deyə Hant bildirib,

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mesdar   İİKK   COBRA  

Rəsmi London: "Bizim cavab məntiqli, lakin qətiyyətli olacaq"

2019/07/Jerem-1563602958.jpg
Oxunub: 631     10:17     20 İyul 2019    