İran PUA-sı L-MADIS sistemi tərəfindən düşürülüb

2019/07/L-MAD-1563536979.jpg
Oxunub: 878     16:02     19 İyul 2019    
İran PUA-sı USS "Boxer" gəmisinə yaxın bir yerdə yerləşən ABŞ Dəniz Piyada Korpusuna aid L-MADIS sistemi tərəfindən düşürülüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, MRZR şassisi üzərində quraşdırılan L-MADIS, rəqibin pilotsuz uçuş aparatlarını aşkarlamaq, tanımaq və məhv etmək üçün hazırlanan, müasir radara və elektro-optik sistemlərə malik hava hücumundan müdafiə sistemidir.

Məlumata görə, "Ascent Vision" tərəfindən hazırlanan CM202 çoxsensorlu FLIR-ə və RADA şirkətinin istehsalı RPS-42 radarına malik L-MADIS sistemi, SİERRA NEVADA tərəfindən hazırlanan "Jammer" vasitəsilə İran PUA-sını aşkar edərək onun məhv edilməsini həyata keçirib.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp, Hörmüz Boğazında ABŞ Dəniz Qüvvələrinin USS "Boxer" gəmisini təhdid edən İran PUA-sını məhv etdiyini bəyan edib. İran Xarici İşlər nazirinin müavini Abbas Arakçı isə Hörmüz Boğazında və ya başqa bir yerdə PUA itirmədik, USS "Boxer"in təsadüfən öz PUA-sını vurduğundan narahatam, deyə Trampa cavab verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: L-MADIS   PUA   ABŞ-İran  

İran PUA-sı L-MADIS sistemi tərəfindən düşürülüb

2019/07/L-MAD-1563536979.jpg
Oxunub: 879     16:02     19 İyul 2019    