Nikol Paşinyanın deputat qardaşı oğlu haradadır?| Qan töküləcək

2019/07/l-Nzq-1563523668.jpg
Oxunub: 682     14:21     19 İyul 2019    
“Əgər həbs edilənlər azad edilməzsə, bütün qohumlarımız etiraz aksiyalarına qoşulacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın İcevan şəhərində keçirilən etiraz aksiyasının iştirakçıları bildirib.

Onların sözlərinə görə, İcevan şəhərində etiraz aksiyalarını davam etdirməyə hazırlaşırlar. Şəhər sakinləri xəbərdar edərək qeyd edir ki, əgər həbs edilənlər buraxılmazsa hakimiyyət üçün nəticələri pis olacaq.

Nümayişçilərdən başqa biri isə bildirib ki, əgər həbs edilənlər azad edilməzsə, bütün qohumlarını etiraz aksiyalarına cəlb edəcək.

"Həbs edilənlər azad edilmədiyi halda, nəticələri daha pis olacaq və qan töküləcək", - deyə o əlavə edib.

Erməni politoloq Ağvan Poğosyan isə qeyd edib ki, hazırda hamıya Paşinyanın qardaşı oğlunun nə qədər səs toplaya biləcəyi maraqlıdır.

“Artıq 2 gündür ki, İcevan şəhərində gərgin vəziyyət davam edir. Tavuş vilayətindən ən çox səs toplayan deputatı öz doğma yurdunda nə baş verdiyi maraqlandırmır. Maraqlıdır, əgər sabah seçkilər keçirilərsə, Paşinyanın qardaşı oğlu nə qədər səs toplaya bilər?”, - deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz  

Nikol Paşinyanın deputat qardaşı oğlu haradadır?| Qan töküləcək

2019/07/l-Nzq-1563523668.jpg
Oxunub: 683     14:21     19 İyul 2019    