“Türkiyənin F-35 proqramından çıxarılması NATO-ya mənfi təsir göstərəcək” - Akar

2019/07/10342-1563514946.jpg
Oxunub: 569     12:00     19 İyul 2019    
“Türkiyənin F-35 proqramından çıxarılması NATO-nun gücünə, xüsusilə də cənub qanadına mənfi təsir göstərəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri, Türkiyə Müdafiə naziri Hulusi Akar S-400 zenit raket kompleksinin (ZRK) idxalından sonra ABŞ-ın hərbi təyyarələri olan F-35 proqramından Türkiyənin kənarlaşdırılacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın hər atdığı addım NATO-ya ziyan vurmaqla yanaşı onun nüfuzuna da mənfi təsir göstərir.

“Türkiyənin qeyri-bərabər və ədalətsiz olan bir qərarla layihə və işgüzar əlaqələrdən kənarlaşdırılmasının qanunsuz səbəblərə söykənməsi açıq-aşkar görünür. Odur ki, əlaqələrimizə zərər verə biləcək addımlardan daşınmağı ABŞ-dan gözləmək strateji ortaq olaraq təbii haqqımızdır”, - deyə Akar bildirib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp S-400 ZRK ilə əlaqəli Türkiyəyə sanksiya tətbiq olunması haqqında düşünmədiyini açıqlayıb. NATO-nun Baş katibi Yens Stoltenberq isə vurğulayıb ki, S-400 ZRK almaq Türkiyənin daxili işidir, Türkiyə NATO üçün S-400-dən daha əhəmiyyətlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   S-400   F-35  

“Türkiyənin F-35 proqramından çıxarılması NATO-ya mənfi təsir göstərəcək” - Akar

2019/07/10342-1563514946.jpg
Oxunub: 570     12:00     19 İyul 2019    