Atıcı silahlarımız üçün yerli xəzinə istehsalı - HƏRBİ EKSPERT

2019/11/im_ne-1572683983.jpg
Oxunub: 1073     15:37     26 Noyabr 2019    
Silahların yaradılmasına başlamazdan əvvəl tərtib olunan texniki tapşırıqda bu silahın hansı məqsədlər üçün nəzərdə tutulduğu ilk sətirlərdə qeyd edilir. Bu isə digər əsas xüsusiyyətlər ilə bərabər silahın hansı miqdarda və hansı çapda mərmi tutumlu xəzinəyə malik olmasını da təyin edir.

Tapançalardan başlayaraq pulemyotlara qədər bütün atıcı silahlarda xəzinələrdən istifadə olunur. Xəzinə silahı mərmilərlə təchiz etmək üçün nəzərdə tutulan xüsusi mexanizmdir. Xəzinələr silahdan ayrıla bilən və ya ayrılmayan ola bilər. Müasir silahların tarixində bir neçə növ xəzinə mövcuddur. İndiyədək qutu tipli, disk formalı, boru şəkilli, baraban tipli və s. xəzinələrdən istifadə olunub. İlk xəzinələr isə XII əsrdə Çində meydana gəlib, onlar arbaletlərin konstruksiyasında tətbiq edilib.

72 illik istifadəsi dövründə “Kalaşnikov” avtomatının xəzinələri korpusunun materialı xaric, digər ciddi dəyişikliyə məruz qalmayıb. 1946-cı ildə hazırlanan və ilk avtomatlarda istifadə edilən hamar polad xəzinələrin boş çəkisi 400 qram idi. Hamar və ağır olması onun döyüşdə əldə sürüşməsi ehtimalını qoruyurdu. Digər tərəfdən polad materal paslanmaya meyilli idi. Polad hamar xəzinələr ilk AK nümunəsi hesab edilir. Hazırda bu modellərdən istifadə olunmur, lakin onlara bəzi Afrika və Yaxın Şərq ölkələrində, həmçinin qanunsuz silahlı qruplaşmalarda rast gəlinir.

Bu xəzinələrin xüsusi üstünlükləri olmasa da, onlar ən etibarlı olmaqla bərabər ən ağır çəkiyə də malik idilər. Əsas çatışmazlığı isə 400 qr ağır çəkidə və paslanmaya meylli olmasındadır.

1959-cu ildə isə kənarları çıxıntılı olan 320 qramlıq polad xəzinələr AKM silahlarının dəstinə daxil edildi. Üstünlükləri, davamlı və hər hansı bir zərbəyə tab gətirməsindən ibarət idi. Xəzinənin yivli kənarları onun əldə saxlanılmasına müsbət təsir göstərdi. Əsas çatışmazlığı isə onun 320 qramlıq ağır çəkisi idi.

1959-cu ildə paralel olaraq hava desant və xüsusi təyinatlılar üçün istehsal edilən AKMS silahlar üçün 170 qramlıq alminium xəzinələr də silahlanmaya qəbul edilməyə hazırlandı. Bu xəzinələrin yüngül çəkisindən başqa heç bir üstün cəhəti yox idi. Onlar sınmağa, əyilməyə və ya əzilməyə meyilli idi. Pis boyansa da, paslanmırdı. Nəticədə bu xəzinələrdən imtina edildi.

1980-ci illərin əvvəlinə qədər istehsalçılar xəzinə istehsalında fiber lifli materiallara üstünlük verirdilərsə, bundan sonra polimer materialdan istifadə üstünlük təşkil etməyə başladı. Sonuncu əvvəlkinin bütün müsbət cəhətlərini özündə birləşdirir, əlavə olaraq qəlpə vermir, rahat emal edilirdi, həmçinin polietilen kimi şəffaf idi. Digər tərəfdən nəmişliyə, çirklənməyə, paslanmaya və aşınmaya qarşı daha davamlı idi. Bəzi istehsalçılar isə bir çox silah hissələrinin hazırlanmasında polimerlərdən geniş istifadə etməyə başladılar.

Ən sonda hamımızın ən çox rast gəldiyi, bu günə qədər istifadə edilən sarı rəngdə bakelit materialdan hazırlanan xəzinələr hazırlandı. Bu xəzinələr nəmişliyə, qarışıq turşulara, 300 dərəcəyə qədər istiliyə, sürtünməyə, zərbələrə və təzyiqə olduqca davamlıdır. Çəkisi 240 qramdır.
Onun rənglənə bilməməsi əsas çatışmazlılığı hesab edilir. Ən üstün cəhəti isə yüngül çəkisi ilə avtomatdakı yuvasına digər modellərdən daha rahat oturması idi. Zaman keçdikcə bu xəzinənin də mərmi sərfiyyatına nəzarət etməyə imkan vermədiyi üçün əvəz edilməsinə start verildi. Lakin xəzinələrin əvəz edilməsində yalnız şəffaflıq deyil, həmçinin digər daha vacib faktorlar da nəzərə alınmalı idi.

Yazıdan da göründüyü kimi, xəzinələr yaranandan bəri çox şey dəyişib, lakin odlu silahların ən əhəmiyyətli xüsusiyyətlərindən biri olan atəş tezliyi bu gün də aktual olaraq qalır. Atəş tezliyinə təsir edən faktorlardan biri də silahın yenidən doldurulmasına sərf edilən zamandır. Silahın atəş tezliyi- atəş qaydalarına riayət etməklə, silahın təkrar doldurulmasına, nizamlanmasına və atəşin bir hədəfdən digərinə keçirilməsinə istifadə edilən zaman da nəzərə alınmaqla, bir dəqiqə ərzində atılan mərmilərin sayına bərabərdir.

Xəzinələrin konstruksiyasına əsas təsir göstərən amil də məhz atəş tezliyidir. Bu məqsədlə xəzinələrin tutumunu optimal bir rəqəmə qədər artırmaq və atıcıların silah ilə davranış qabiliyyətini yüksəltmək arzuediləndir. Çox zaman döyüşün gedişində boşalan xəzinəni əvəz etmək üçün döyüşçünün imkanı olmur, buna görə də xəzinələrin hazırlanmasında silahın yenidən doldurulmasına mümkün qədər az zaman sərf etmək ənənəsi bu gün də davam etməkdədir. Xəzinə tutumunun artırılması, eyni zamanda kritik vəziyyətlərdə düşmənin ön xəttinin hər poqon metrinə açılan atəş sıxlığını artırmağa da imkan verir. Lakin xəzinələrin tutumunun sadəcə qabarit ölçülər hesabına atırılması onların kütləsinin, deməli ümümilikdə silah sisteminin kütlə və ölçülərinin artmasına səbəb olur. Öndə gedən hərbi əməliyyatlar zamanı lentalı pulemyotlar kifayət qədər mərmini ilk dəfədən silaha doldura bilsə də, əl pulemyotu və avtomat silahlar bu imkandan mərhum idilər. 30 mərmi tutumuna malik xəzinələr döyüşçüləri tam qane etmirdi. Kustar üsulla da olsa iki, bəzən isə üç xəzinədən ibarət “blok” hazırlanırdı. Bu metod ilk dəfə Əfqanıstanda tətbiq edilib. “Bloklar” tam şəkildə problemi həll etməsə də, silahın yenidən doldurulmasına sərf edilən vaxtın qismən azaldılmasına və intensiv döyüşlərdə əlavə 60 ədəd mərmi ehtiyatına sahib olmaq imkanını verirdi.

Şəffaf olmayan xəzinələrlə təchiz edilən atıcı, mərmi sərfiyyatına nəzarət edə bilmir. Təcrübəsiz əsgər mərmi bitsə belə silahı xəzinə dəyişmədən yenidən doldurur, bəzən isə stressə düşür və ya silahı sökməyə cəhd edir. Hazırda bu çatışmazlıqların aradan qaldırılması, yəni mərmi sərfiyyatına nəzarət edilməsi, xəzinənin çəkisinin azaldılması, mərminin qısa zamanda lülə kanalına ötürülməsini təmin etmək üçün silah-sursat istehsal edən sənaye şirkətləri müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar arasında xəzinələrin hazırlandığı materialların daha yüngülü ilə dəyişdirilməsi, xəzinə daxilindəki mərmiləri lülə kanalına itələyən yayın sərtliyinin artırılması, xəzinənin hansı sayda mərmiyə sahib olmasını izləməyə imkan verən şəffaf material ilə əvəz edilməsi və s. yer almaqdadır.

AK xəzinələri maksimum dərəcədə doldurulduqda belə silahı mərmilərlə çox etibarlı şəkildə təmin edir. Üst tərəfdəki qalın metal "dodaqlar" kobud rəftar zamanı belə etibarlı mərmi ötürülməsini təmin edir və çox davamlıdırlar. AK xəzinələri adətən 30 mərmi tutumuna malik olur, lakin bəzən daha artıq mərmi tutumuna malik xəzinələrə də rast gəlinir.

Milli Ordumuzun atıcı silahlara, 5.45x39 mm və 7.62x39 mm mərmi xəzinələrinə olan tələbatını ödəmək üçün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yerli istehsal prosesi təşkil edilib. Bu xəzinələrin istehsalında polimer materiallardan istifadə edilir. Polimer monomer molekulların (—СН2—CHCl—) “N” sayda birləşməsindən əmələ gələn, kifayət qədər nəmişliyə, zərbəyə, sürtünməyə, təzyiqə, istiliyə və s. davamlı yüngül materialdır.

Bu xəzinələr AZ7.62, AK74M, EM14 və RPK74 silahlarında istifadə üçün nəzərdə tutulur. Xəzinələr iki cərgədə sərt yay üzərinə düzülən mərmilərin ən qısa müddətdə lülə kanalına ötürülməsini təmin edir, şəffaf polimer korpus isə daim mərmi məsrəfini nəzarətdə saxlamaqda atıcıya yardım edir. Xəzinənin üst hissəsi silahın konstuksiyasında heç bir dəyişiklik etmədən polimer xəzinəni silaha daha rahat və tez birləşdirməyə imkan verir. O, silahın xəzinə yuvasının quruluşu ilə mükəmməl şəkildə uyğun gələrək, lülə kanalına keçmək üçün çaxmaq xəttində ideal bir vəziyyətdə oturur. Nəticədə xəzinənin silaha birləşdirilməsi sürəti artır. Xəzinədə istifadə edilən sərt yay isə mərminin daha sürətlə kanala ötürülməsini təmin edir. Qeyd etdiyimiz kimi, şəffaf polimer isə atıcıya mərmi məsrəfini daim nəzarətdə saxlamağa imkan verir. Yekunda daha yüngül polimer xəzinələrlə təmin olunan silahlar kifayət qədər yüksək atəş tezliyinə sahib olur.

Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda 30-dan çox mərmi tutumuna malik xəzinələr istehsal edilir. Təbii ki, xüsusi hallarda, məslən intensiv küçə döyüşündə bu irihəcmli xəzinə hansısa əhəmiyyət daşıya bilər. Lakin böyük tutumlu xəzinələrin mənfi cəhəti də mövcuddur. Sursatların sərf edilməsi nəticəsində azalan mərmi sayı və müvafiq olaraq xəzinə kütləsi, silahın ağırlıq mərkəzinin yerdəyişməsinə səbəb olur. Bu isə nəticədə atəş dəqiqliyinin azalmasına gətirib çıxarır. Təbii ki, əgər rəqib qarşısında xüsusi təyinatlı dayanmayıbsa...

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   Xəzinə  

Atıcı silahlarımız üçün yerli xəzinə istehsalı - HƏRBİ EKSPERT

2019/11/im_ne-1572683983.jpg
Oxunub: 1074     15:37     26 Noyabr 2019    