Vaşinqton və Moskva bunları ermənilərə “sərhədsiz sevgi”ləri olduğu üçün eləmir: İstənilən döyüşdə xain lazım olur

2019/07/muhar-1563452171.jpg
Oxunub: 1494     16:14     18 İyul 2019    
ABŞ-İran münasibətlərinin görünən tərəfinin fonunda Cənubi Qafqaz regionunda baş verən və ya yeni başlayan proseslərin cizgiləri də aydınlaşmağa doğru gedir. Son günlər bölgədə bir-birini əvəzləyən olaylar deməyə əsas verir ki, Birləşmiş Ştatların Qafqaz respublikalarına marağı İranın dağılmasına olan marağından heç də az deyil.

Təbii ki, Azərbaycan, Gürcüstan və Ermənistanı özünə etibarlı tərəfdaş kimi qələmə verən ABŞ-ın prioriteti ilk növbədə İran və Türkiyəyə yönəlik planlarının icrasıdır. Bunun üçün Qafqaz üçlüyünün ərazisindən hər hansısa formada yararlanmaq lazımdır. Ermənistanla müqayisədə daha çox müstəqil siyasət yürüdən Azərbaycan və Gürcüstanı İran və Türkiyə əleyhinə razı salmaq və ya “yola gətirmək” məsələsi aktuallaşır. Hər halda, bu iki respublikada, yaxud onların ətrafında baş verənlər hadisələrin yaxın gələcəkdə daha da intensivləşəcəyini və tez-tez məcrasını dəyişəcəyini ehtimal etməyə əsas verir. Ermənistanın mövqeyi isə tamam fərqlidir. Ölkədaxili gərginliyi azaltmağa nail ola bilməyən rəsmi İrəvan dünya çaplı geopolitik proseslərdə iştirak etməyə can atır. Supergüclər arasında manipulyasiya cəhdinin nə ilə nəticələnəciyini dəqiq demək olmasa da, görünən odur ki, ermənilər İranla münasibətlərini artıq ABŞ-ın mövqeyinə uyğun şəkildə yönəltməyə başlayıblar.

Bununla yanaşı, Paşinyan hakimiyyəti İranla da ehtiyatla davranır. Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçiriləcək toplantısına İran liderini dəvət edən Paşinyan dolayısı ilə rədd cavabı alıb. Bu isə artıq İran-Ermənistan münasibətlərində çat meydana gəlməsindən xəbər verir. Görünür, İran və Ermənistanın gələcəkdə birgə həyata keçirmək istədiyi utopik, nəhəng iqtisadi layihələrin taleyi də sual altına düşəcək və bu, Ermənistanın iqtisadi durumuna təsirsiz ötüşməyəcək.Ona görə də, Erməni nümayəndə heyəti tələm-tələsik ABŞ-a yola düşüb, Konresin Nümayəndələr palatasında keçirdiyi görüşlərdə maliyə yardımları mövzusunda danışıqlar aparır.

Təbii ki, ermənilərin geopolitik arenada “var-gəl” etməsi ABŞ-ın ən əsas rəqibi olan Rusiya üçün də çoxlu suallar doğurur. Məhz bu səbəbdən Rusiyanın Xarici İşlər naziri Lavrov son açıqlamasında Ermənistanı ölkəsinin strateji və etibarlı tərəfdaşı olduğunu deməklə, rəsmi İrəvana dolayısı ilə mesaj ötürüb. Hər halda, erməni xislətini dəqiq bilən Rusiya anlayır ki, rəsmi İrəvan qarışıq situasiyalardan ancaq xəyanət etməklə çıxa bilir. Bu, ABŞ üçün də qaranlıq deyil. Ona görə də, istər Moskva, istərsə də Vaşinqton çalışır ki, ermənilərdən öz rəqiblərinə qarşı vasitə kimi istifadə edə bilsin.

Bir məqama diqqət çəkək: Rusiya Ermənistana təmənnasız silah, Birləşmiş Ştatlar isə qarşılıqsız maliyə yardımı ayırır. Məlumdur ki, rəsmi Vaşinqton və ya Moskva bütün bunları ermənilərə “sərhədsiz sevgi”ləri olduğu üçün eləmir: İstənilən döyüşdə xain lazım olur...

Siyasi xəttini sözügedən nəhəng güclərin istəkləri və diktəsinə əsasən müəyyənləşdirən Ermənistan özünün coğrafi qonşularından heç biri ilə strateji tərəfdaşlığa, dostluq münasibətinə malik deyil. Türkiyəyə düşmən münasibət bəsləyən ermənilər, Azərbaycanla müharibə şəraitindədir. Artıq İranla da qarşılıqlı əlaqələrdə etimadsızlıq yaranıb. Qalır Gürcüstan... bir müddət əvvəl Gürcüstan ərazisindəki 465 kilsənin onlara məxsus olduğunu iddia edən ermənilərin Cavaxetiya bölgəsində gürcülərə məxsus kilsəni dağıtdıqları da məlumdur.

Təbii ki, bu kimi aqressiya erməni xislətinin əsas mahiyyəti olsa da, həm də hansısa qüvvənin diqtəsi ilə gürcülərə yönəldilib: həm gürcülərə mesaj olaraq, həm də erməniləri günahkar duruma salıb onları daha rahat idarə edə bilmək üçün... Bəllidir ki, Rusiya və ABŞ-ın maraqları Cənubi Qafqazda daha kəskin formada toqquşanda Ermənistan konkret seçim qarşısında qalacaq: ABŞ, yoxsa Rusiya?! Hərçənd, bu cavabı indidən söyləmək mümkün olmasa da, Ermənistanın yaxın gələcəkdə çox pis siyasi-iqtisadi duruma düşəcəyi qaçılmazdır....

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Ermənistan   Xəyanət  

Vaşinqton və Moskva bunları ermənilərə “sərhədsiz sevgi”ləri olduğu üçün eləmir: İstənilən döyüşdə xain lazım olur

2019/07/muhar-1563452171.jpg
Oxunub: 1495     16:14     18 İyul 2019    