Madagiz cinayət işi niyə Ermənistan MTX-yə həvalə edilib? – EKSPERTLƏR

2019/05/34534-1556691448.jpg
Oxunub: 651     17:00     18 İyul 2019    
Xəbər verdiyimiz kimi, işğal altında olan Madagizdə 16 il əvvəl iki hərbi qulluqçunun öldürülməsi ilə bağlı cinayət işi yenidən açılıb. İşin istintaqı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə həvalə edilib.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin hüquq müdafiəçisi olan Arayik Zalyan erməni KİV-lərinə verdiyi müsahibəsində söhbətin nədən getdiyindən xəbərdar olmadığını deyir.

O dövrdə Madagiz cinayət işi üzrə təqsirləndirilən şəxslərin maraqlarını qoruyan Zaruhi Postancyan isə qeyd edib ki, cinayət işinin yenidən qaldırılması yenilik deyil.

“Cinayət işinin yenidən başlanılması bir neçə ay əvvəl istintaq komissiyasının nəzdində yaradılmış komissiyanın fəaliyyəti çərçivəsində baş verib. Cinayət işi araşdırılması üçün MTX-nin istintaq departamentinə göndərilib.

Cinayət işi, həmin 2 qətlə yetirilən hərbi qulluqçunun ölüm məqamlarının araşdırılmasına aiddir. Vaxtı ilə həmin cinayət işi hərbi prokurorluq tərəfindən araşdırılıb, indi həmin cinayət işinin niyə MTX-nin istintaq departamentinə verildiyini izah edə bilməyəcəm. Bu suala ancaq Baş prokurorluq cavab verə bilər. Əgər istək olarsa, qətl hadisələrinin üstünün açılması mümkündür.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Qaqik Changiryan cəlb edilməlidir. O, vaxtilə bu cinayətin gizlədilməsinin səbəbini açıqlaya bilər. Eyni zamanda həmin cinayətin gizlədilməsində rol oynayan müstəntiq Armen Hakopyanın da cəlb edilməsini məsləhət görürəm”, - deyə Postancyan diqqətə çatdırıb.

HVAVO-nun rəhbəri hüquq müdafiəçisi Artur Sakunts da cinayət işinin nə üçün MTX-nin istintaq departamentinə göndərilməsini anlamadığını bildirib.

“Onu deyə bilərəm ki, materialların MTX-nin istintaq departamentinə göndərilməsi o deməkdir ki, istintaq orqanlarını, o cümlədən istintaq komitəsini, xüsusi istintaq xidmətini kifayət qədər gücləndirmək lazımdır”, - deyə Sakunts öz fikirlərini bölüşüb.

Xatırladaq ki, Madagizdəki cinayət hadisəsi 2003-cü ildə baş verib. Arayik Zalyan, Musa Seropyan və Razmik Sarkisyan adlı hərbi qulluqçular Roman Yeğiazaryanın və Hovsep Mkrtumyanın qətlində ittiham edilirdilər. 2005-ci ildə Sünik vilayət məhkəməsi Madagiz cinayət işi üzrə təqsirləndirilən Zalyanı, Sarkisyanı və Seropyanı günahkar bilərək 15 il müddətinə azadlıqdan məhrum edib.

2006-cı il dekabrın 22-də kassasiya məhkəməsinin qərarı ilə cinayət işi yenidən istintaqa qaytarılıb. Bununla da apellyasiya məhkəməsinin hər 3 şəxsə ömürlük həbs cəzası barədə hökmü ləğv edilib. 2007-ci ilin sonunda yenidən məhkəmə istintaqı başlayıb və 2012-ci il dekabrın 18-də günahlandırılan şəxslər bəraət alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Cinayət  

Madagiz cinayət işi niyə Ermənistan MTX-yə həvalə edilib? – EKSPERTLƏR

2019/05/34534-1556691448.jpg
Oxunub: 652     17:00     18 İyul 2019    