Pentaqon rəsmisi: Türkiyə ilə birgə təlimlər davam etdiriləcək

2019/07/TNA_e-1563430693.jpg
Oxunub: 322     11:43     18 İyul 2019    
“ABŞ və Türkiyə arasında strateji tərəfdaşlıq saxlanılır, Gürcüstan və Ukraynada birgə təlimlər davam etdiriləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin müavininin siyasi məsələlər üzrə köməkçisi Devid Traxtenberq Ankaranın Rusiyadan S-400 ZRK almasına Vaşinqtonun reaksiyası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, ABŞ-ın səlahiyyəti olmayan məsələrə qarışması doğru deyil.

“Bizim hərbi sferadakı münasibətlərimiz davamlı olaraq qalacaq və biz Türkiyə ilə Gürcüstan, Almaniya və Ukraynada qarşıdan gələn təlimlər də daxil olmaqla, hazırlıq və əməliyyat uyğunluğu səviyyəsinin artırılması üzrə çoxtərəfli təlimlərdə iştirakımızı davam etdirəcəyik. S-400 əldə edilməsindən sonra Türkiyənin NATO-nun tərkibində qalması məsələsinə alyansın özü qərar verməlidir, ABŞ belə bir səlahiyyət sahibi deyil”, - deyə Traxtenberq bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   ABŞ   Türkiyə  

Pentaqon rəsmisi: Türkiyə ilə birgə təlimlər davam etdiriləcək

2019/07/TNA_e-1563430693.jpg
Oxunub: 323     11:43     18 İyul 2019    