Ağ Evin mətbuat katibi: Türkiyə gələcəkdə F-35 proqramında iştirak edə bilməyəcək

2019/07/steph-1563431745.jpg
Oxunub: 314     10:34     18 İyul 2019    
“Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri (ZRK) alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan F-35-lərin çatdırılması ilə uyğun gəlmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Stefani Qrişem deyib.

Onun sözlərinə görə, Türkiyə S-400 əldə etdikdən sonra gələcəkdə F-35 proqramında iştirak edə bilməyəcək.

“Təəssüf ki, Türkiyənin Rusiya istehsalı olan S-400 ZRK əldə etməsi onun F-35 proqramında gələcək iştirakını mümkünsüz edir. F-35 öz təhlükəsizliyi üçün Rusiyanın kəşfiyyat məlumatı toplama platforması ilə bir arada mövcud ola bilməz. Vaşinqton Ankaraya ABŞ istehsalı olan Patriot ZRK-ları almağı təklif etsə də, buna nail ola bilməyib”, - deyə Qrişem bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: S-400   F-35   Türkiyə  

Ağ Evin mətbuat katibi: Türkiyə gələcəkdə F-35 proqramında iştirak edə bilməyəcək

2019/07/steph-1563431745.jpg
Oxunub: 315     10:34     18 İyul 2019    